2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

“Barselona” braziliyalı müdafiəçi aldı

“Barselona” transfer çalışmalarına start verib. ANS PRESS-in məlumatına görə, Kataloniya klubu Mariano ilə anlaşıb.

Avropa mediasının məlumatına görə, “Barselona” “Sevilya”dan transfer etdiyi futbolçu üçün pul ödəməyib. Kataloniyalılar Marianonun əvəzinə “Sevilya”ya Duqlası verib. Transferin yaxın günlərdə açıqlanması gözlənilir.

Mariano

Saytların yığılması Saytlarin yigilmasi

Tam adı Mariano Ferreyra Filyo olan futbolçu 2015-ci ildə “Bordo”dan “Sevilya”ya 3,5 milyon avroya transfer olunub. Hazırda “Transfermarkt” ona 7 milyon avro qiymət qoyub. 29 yaşlı braziliyalı müdafiəçi başa çatan mövsümdə 37 rəsmi oyuna çıxıb və 1 qol vurub.

Bir müddət əvvəl Braziliyalı ulduz futbolçu Dani Alveş “Barselona”dan ayrılıb. Bu barədə Kataloniya klubunun texniki direktoru Robert Fernandes açıqlama verib. Klub rəsmisi bildirib ki, Dani Alveş komandanı tərk etməklə bağlı qərar qəbul edib və onlar bu qərara hörmətlə yanaşırlar: “Alveş getmək qərarına gəldi. Bu qərarı şəxsən özü verib. Ona hörmətlə yanaşırıq. Neymar isə komandada qalacaq. Uzun illər “Barselona”yaxidmət edəcək. Xavyer Maskeranonun da qalacağını düşünürəm”.

Dani Alveş artıq “Yuventus”la anlaşıb. “Barselona” Dani Alveşi 2008-ci ildə”Sevilya”dan 35,5 milyon avroya transfer etmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button