2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəmİdman

“Barselona” “Real”ı darmadağın etdi – VİDEO

Kataloniyanın “Barselona” klubu futbol üzrə İspaniya çempionatının 10-cu turunda Madrid “Real”ı üzərində böyükhesablı qələbə qazanıb.

“Kamp Nou” stadionunda keçirilən “El klassiko” oyunu ev sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Saytların yığılması Saytlarin yigilmasi

Kataloniyalılarn heyətində yarımmüdafiəçi Filippe Koutinyo və Arturo Vidal, həmçinin “het-trik”ə imza atan hücumçu Luis Suares fərqlənib.

“Real”ın yeganə qolunun müəllifi müdafiəçi Marselo olub.

“Barselona” bu qələbə sayəsində xallarının sayını 21-ə çatdırıb və turnir cədvəlinə liderlik edir, “Real” isə 14 xalla 9-cu yeri tutur.

Növbəti turda Kataloniya komandası səfərdə “Rayo Valyekano”, Madrid klubu isə evdə “Valyadolid”lə qarşılaşacaq. Hər iki matç noyabrın 3-də olacaq.

İspaniya Primerosu. 10-cu tur

“Barselona” – “Real” – 5:1

Qollar: 1:0 – Koutinyo – 11, 2:0 – Suares – 30 (pen), 2:1 – Marselo – 50, 3:1 – Suares – 75, 4:1 – Suares – 83, 5:1 – Vidal – 87.

Bundan əvvəl “Barselona”nın baş məşqçisi “El Klasiko”nun Messi və Ronaldusuz maraqsız olmayacağını bildirmişdi.

“Report”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button