2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Baş həkim dələduzluqda ittiham olunur

1 saylı Şəhər Dəri-Zöhrəvi Dispanserinin baş həkimi 280 min manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.

Bu barədə “Turan”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Rəşad İsmayılovla bağlı vətəndaş müraciəti əsasında araşdırma aparıldığı və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlandığı qeyd olunur.

Məlumata görə, R.İsmayılov iş üçün ona müraciət edən şəxsə özünün yaxın vaxtlarda guya səhiyyə naziri vəzifəsinə təyin olunacağını və onu müvafiq tibb müəssisəsinə baş həkim vəzifəsinə təyin edəcəyi barədə yalan vəd verməsi, həmin vətəndaşdan 280 min manat almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Rəşad İsmayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə rüşvət vermə -rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

24 saat” “Baş həkim dələduzluqda ittiham olunur” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button