2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Baş həkim işçilərin ezamiyyət pulunu yeyib – Ağdaşda

Ağdaşda səhiyyəsində növbəti biabırçılıq baş verib.

24saat.org-a verilən xəbərə görə, Ağdaşın mərkəzi rayon xəstəxanasının tibbi personalının ixtisasartırma və təkmilləşdirmə kurslarından keçmək üçün ayrılan ezamiyyət xərcləri kurslarda iştirak edən tibb işçilərinə verilmir.
2015-ci ilin noyabr ayında Mingəçevir şəhərində 23 gün kurslarda olmuş, hər gün yola-nəqliyyata azı 3 manat xərcləmiş 15 nəfər tibb işçisi bu xərclərini geri ala bilmir.
Qeyd olunan xəstəxananın mühasibatlığından onlara bildiriblər ki, gözləməyin, olmayacaq, belə bir vəsait yoxdur.

Xəstəxanadan onlara onu da deyiblər ki, hara istəyirsiz şikayət edə bilərsiniz.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org saytına daxil olan məlumatda iddia olunur ki, tibb işçilərinə verilməli olan ezamiyyət pulunu xəstəxananın baş həkimi Nuru Nuruyev məniumsəyib.

Səslənən iddialara münasibət öyrənmək məqsədi ilə Ağdaş mərkəzi rayon xəstəxanasının (020) 23-5-50-80 nömrəli telefonuna etdiyimiz zənglər isə faydasız oldu.

Dəfələrlə etdiyimiz cəhddən sonra zəngimizə cavab verməyə məcbur olan cənab məqsədimizi bildiyi an dəstəyi yerinə asmaqla problemin həllindən yaxa qurtarmağa çalışdı…

Mövzuya qayıdacağıq…  

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button