2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Baş həkimlə müavini 314 min manatı mənimsəməkdə suçlanır

23 saylı Birləşmiş şəhər Xəstəxanasının baş həkiminin iqtisadi məsələlər üzrə müavini Zinyət İsmayılova ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb.

Bu barədə “Turan”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Z.İsmayılovanın xəstəxananın baş həkimi işləmiş Rəsul Baxşəliyevlə ayrı-ayrı tibb işçilərinin işə gəlməmələrinə şərait yaratdıqları və bunun müqabilində onların əməkhaqqı kartlarına daxil olan 314 min 400 manatı öz aralarında bölmələrinə əsaslı şübhələr müəyyən edildiyi deyilir.

Bundan başqa, Z.İsmayılova aprelin 13-dən baş həkim təyin olunan Ceyhun Yusifovla birlikdə eyni üsulla həmin işçilərə məxsus 13 min 800 manatı mənimsəməkdə günahlandırılır.

Baş Prokurorluq vurulmuş maddi ziyanın 112 min manatının dövlət büdcəsinə ödənildiyini bildirir.

24 saat” “Baş həkimlə müavini 314 min manatı mənimsəməkdə suçlanır” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button