Baş nazir "Fındıqbaş"ı işdən çıxardı - 24 saat xəbərlər
Now Reading:
Baş nazir “Fındıqbaş”ı işdən çıxardı
Full Article 2 minutes read

Baş nazir “Fındıqbaş”ı işdən çıxardı

Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb.  Bu barədə modern.az saytı məlumat yayıb.

Xəbərdə qeyd edilib ki, bu il martın 19-da A.Əli təqaüd yaşına çatır. Onun vəzifədən azad edilməsi bununla əlaqədardır.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifədən azad olunması barədə xəbərə münasibət bildirib.

O, “Report”a açıqlamasında Baş nazir Novruz Məmmədova təqaüdə göndərilməsi üçün müraciət etdiyini deyib:

“Bir müddət əvvəl cənab Baş nazirdən təqaüdə göndərilməyim üçün xahiş etmişdim. O da müvafiq qərar verdi. Bundan sonra sırf yaradıcılıq fəaliyyəti ilə məşğul olacağam”.

Yada salaq ki, A.Əli dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin vəfatı günün ona “fndıqbaş” deməsi ilə yadda qalıb.

2017-ci ildə alimin hansı məkanda dəfn olunacağı ilə bağlı “Qafqazinfo”nun əməkdaşı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əliyə müraciət edib. Amma rəsmi dövlət qurumunun təmsilçisinin suala cavabı sözün həqiqi mənasında redaksiyanı şoka salıb. Akif Əlinin cavabını təqdim edirik:

“Səhər-səhər ölü xəbərləri ilə məni narahat etməyin. Belə xəbərlər mənə pis təsir edir. Bu haqda heç nə bilmirəm. Ümumiyyətlə, maraqlanmıram. O fındıqbaş kişi məni maraqlandırmır. Xahiş edirəm, səhər-səhər məndən belə şeylər soruşmayın. Yaxşı şeylər danışaq ki, günümüz yaxşı keçsin”.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Input your search keywords and press Enter.