2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Baş nazir və əri… yeməyi birgə bişirir, evi bərabər yığışdırırlar

İngiltərənin Baş naziri Tereza Mey 8 iyunda keçiriləcək erkən seçki kampaniyası çərçivəsində yoldaşı Filip Mey ilə bir televiziya proqramına qonaq olub. BBC 1 kanalında axşam xəbərlərinin ardından yayımlanan “The One Show”nun qonağı olan cütlük evlilik həyatı və şəxsi həyatlarıyla bağlı danışıb.

Bir keşiş qızı olaraq böyüməyin həyatındakı önəmini ifadə edən Baş nazir Mey atasının “hər kəslə bərabər davran” məsləhəti verdiyini söyləyib. Mühafizəkar bir ailədən gəlməsinə baxmayaraq, valideynlərinin qız övladı olduğu üçün ona heç bir zaman yasaq qoymadığını, karyera seçimində ailəsinin hər zaman onu dəstəklədiyini dilə gətirib.

Saytların yığılması Saytlarin yigilmasi

Məktəb illərindən bəri həmişə baş nazir olmaq istədiyini bildirən 60 yaşlı Mey, “bu hər zaman fərq yaratmaqla, insanlara daha yaxşı bir gələcəyə sahib ola bilmələri üçün yardım etməklə bağlı idi ” deyib.

Oksford universitetində təhsil alarkən məktəb diskosunda Benazir Bhutto tərəfindən tanışdırılan cütlük, ilk görüşdə bir-birlərinə aşiq olduqlarını dilə gətirib. Filip Mey yoldaşını ilk gördüyündə “nə qədər şirin bir qız” deyə düşündüyünü, “hələ də elədir ” söyləyib.

“Baş nazirin həyat yoldaşı olmaq necə bir həyat tərzi deməkdir” sualına Filip Mey belə cavab verib: “Əgər axşam 06.00-da yeməyinizin masada olmasını gözləyən bir kişisinizsə, o zaman xəyal qırıqlığına uğraya bilərsiniz.” 37 illik evli cütlük axşam yeməklərini ümumiyyətlə birlikdə hazırladıqlarını, ancaq baş nazirin sıx proqramı səbəbiylə bu işi çox zaman evin kişisinin boynuna götürdüyünü deyib. Uşaqları olmayan cütlük ev işlərini də paylaşaraq yerinə yetirdiklərini söyləyib. Filip Mey “evdə ənənəvi olaraq kişilərə düşən işlərə mən baxaram, zibili mən ataram” söyləyib.

Rəngli və fərqli model ayaqqabıları sevən Tereza Mey bunun üçün alver etməkdən çox xoşlandığını bildirib. O, “ayaqqabılarımı sevirəm, gedib daha çox ayaqqabı almaq üçün mənə əsas verir “deyib. 59 yaşlı Filip Mey də zarafatla yoldaşının paltarları üzündən dolabda öz paltarlarına “çox az yer qaldığını” bildirib.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button