Now Reading:
Baş örtüyünə görə qadınları həbs edən polisə hücum edildi – İran

Baş örtüyünə görə qadınları həbs edən polisə hücum edildi – İran

Bir qrup iranlı ötən həftə Tehranda iki gənc qadını “məcburi başörtüsünü düzgün taxmadığı” üçün saxlayan əxlaq polisinin mikroavtobusuna hücum ediblər, – CNN xəbər verir. Dövlət dəstəkli İran mediası və fəallar qeyd edirlər ki, polis məmuru mikroavtobusun qapılarından birini qopardan kütləni dağıtmaq üçün havaya atəş açıb. İRNA xəbər agentliyi qeyd edir ki, 15 fevralda baş verən insidentə müdaxilə edən qrup qadınların polislər tərəfindən aparılmasının qarşısını alıb.

İranın əxlaq polisi ölkənin ciddi sosial qaydalarını tətbiq etməklə vəzifələndirilir.

Qarşıdurma qadınlar mikroavtobusdan buraxıldıqdan sonra dayanıb, – polis xəbər verir.

Hadisə İranın sabiq prezidenti Mahmud Əhmədinejadın yaşadığı Şərqi Tehranın Narmak məhəlləsində baş verib.

Polis mənbəyi İRNA-ya bildirib ki, “Əxlaqi polis əməkdaşları yanlış hicablı iki qadına xəbərdarlıq edəndə bölgədə olanlar onları əhatə ediblər və iki qadını götürməyə mane olublar”. “İki qadın polis maşınından endikdən sonra kütlə dağılıb və hadisə sona çatıb,”- məlumatda deyilir.

Hadisənin video görüntüləri qısa zamanda yayılıb. Görüntülərdə ətrafda olan maşınların siqnal verərək etiraz etdikləri aydın görünür. Bir adam “Buraxın onu getsin!” deyə qışqırır. Bir qrup insan mikroavtobusu əhatə edir. Daha sonra silah səsləri eşidilir, – CNN xəbər verir.

1979-cu il İslam inqilabı İranı ruhani hakimiyyətinə gətirib çıxardıqdan sonra hicab İran qadın geyiminin zəruri bir parçası olub.

Ancaq son illərdə bəzi qadınlar hicab qaydalarına müxaliflik edərək fərqli küçə nümayişləri ediblər. Onlardan bəziləri sosial mediada yayılıb.

Bir çox qadın son illərdə paltar qaydalarına məhəl qoymurlar. İranda qadınlara hicab geyinməli olduqları bildirişləri demək olar ki, hər bir dükanın və restoranın divarlarını bəzədiyi halda, bir çoxu başlarını saçları görüləcək şəkildə qısa örtük geyinirlər.

Hicab qaydalarını pozmağa görə qoyulan cərimə də azaldılıb. Artıq bu cərimə 15 dollar olmaqla adiləşib. Fəallara və şərhçilərə görə Tehrandakı incident əxlaq polisinə qarşı müqavimətin daha da artacağına işarət edir.

“İranlılar bu günlərdə əxlaq polisinə qarşı çox acıqlıdırlar,” – İran fəalı Məsih Əlinecat “Twitter”-də yazıb.

 

Meydan TV

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Input your search keywords and press Enter.