2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Baş prokuror “Əqrəb mövsümü”nün yaradıcı heyətini təltif edib

Yayımlandı: 15 Fevral 2023 17:12

Kinotənqidçi: “Serialda dövlət qurumları barədə elə təəssürat yaradılır ki, sanki onlarda heç bir problem yoxdur”

Baş prokuror Kamran Əliyev “Əqrəb mövsümü” serialının yaradıcı heyətini təltif edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu haqda məlumat qurumun saytında yerləşdirilib.

Bildirilib ki, “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Prokurorluq üzrə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq keçirilmiş “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin qaliblərinə, həmçinin “Prokurorluğun dostu” təltifinə layiq görülmüş media qurumlarının nümayəndələrinə mükafatların təqdim olunması ilə bağlı tədbir keçirilib.

Mərasim çərçivəsində həmçinin “İctimai” televiziyada yayımlanan “Əqrəb mövsümü” serialının yaradıcı heyəti və aktyorları təltif ediliblər.

Mənbə: Baş Prokurorluq

Tədbirdə çıxış edən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımov Baş Prokurorluğun dəstəyi ilə ərsəyə gəlmiş “Əqrəb mövsümü”nün sosial şəbəkələrdə müzakirələrə səbəb olmasından və izləyicilərin rəğbətindən məmnunluğunu bildirməklə filmin son günlər televiziya məkanında ən çox izlənən seriallar sırasında olmasını qeyd edib.

O bildirib ki, serialda prokurorluq peşəsi ictimaiyyətin böyük marağına səbəb olub.

Gənclərin zərərli vərdişlərdən çəkinməsi və ümumilikdə cəmiyyətin hüquqi maariflənməsi baxımından bu kimi layihələrin gələcəkdə davam etdirilməsi üçün qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Sonda Baş prokuror filmin rejissoru Emil Quliyevə, aktyor-ssenarit Azər Aydəmirə, aktyorlar Hikmət Rəhimov, Abbas Qəhrəmanova və baş prodüser Yalçın Verdiyevə hədiyyələr təqdim edib.

2023-cü ilin yanvarından etibarən  “İctimai” TV-də yayımlanan dram, triller və detektiv janrlarında olan Azərbaycan serialı “Əqrəb mövsümü” maraqla qarşılanıb.

Kino tənqidçiləri serialı uğurlu hesab ediblər.

Serialda iş adamı Qurban Amanovun (Abbas Qəhrəmanov) oğlu müəmmalı şəkildə yoxa çıxır, daha sonra isə onun bədəni hissələrə bölünmüş şəkildə şəhərin müxtəlif yerlərindən tapılır.

Qatili tapmaq isə prokurorluqdan istefa vermiş Kənan Orucova (Hikmət Rəhimov) tapşırılır.

Daha doğrusu, onu yenidən prokurorluqda işə düzəlməyə razı salırlar, çünki indi hər şey dəyişib, prokurorluqda islahatlar gedir və “köhnənin qalıqları”nı unutmaq vaxtıdır.

Kino tənqidçisi Hacı Səfərov deyir ki, Azərbaycan kinosunun, xüsusilə dövlət sifarişi ilə çəkilən əksər işlərin problemi ideoloji-propaqanda tərəfinin hekayənin önünə keçməsi olurdu.

Burada isə hekayə özü maraqlı olduğu üçün islahat propaqandasına olunan vurğu çox da gözə batmır:

“Sadəcə, baş roldakı hər iki müstəntiqin “kim daha yaxşıdır” mübarizəsi inandırıcılığı azaldır. Ümumiyyətlə, serialda dövlət qurumları barədə elə təəssürat yaradılır ki, sanki onlarda heç bir problem yoxdur, bütün günah adi vətəndaşlarda, onların işbilməzliyindədir. Hətta serialın bir yerində cinayət işini bağlayırlar və buna görə müdir Akif müstəntiqlərlə dialoq zamanı mətbuatı günahlandırır, “bizim üstümüzə çox gəlirlər” deyir. Bu kimi müxtəlif məqamlar var ki, serialın ideoloji xəttini müəyyən edir”.

“Əqrəb mövsümü” serialının ssenari müəllifi və aktyoru Azər Aydəmir Meydan TV-yə bildirib ki, layihə sifarişlidir:
“Serialın birinci seriyası çəkilməyə başlayanda, artıq Baş Prokurorluq xeyir-duasını vermişdi. Əslində, təbliğ də deyil. Sadəcə, istintaq sahəsində çalışan müstəntiqlərin gördükləri işləri insanlara göstərməyi özümüzə borc bildik”.

On bir hissəli serialın büdcəsi 250 min manatdır.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button