Loading...
Loading...
Xəbərlər

Baş prokuror deputatla bağlı Milli Məclisə təqdimat göndərib

Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi istənilir

Xaçmaz rayonunda yerləşən “Starıy dvor” restoranında polis əməkdaşını vurduğu iddia olunan deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Baş prokuror Kamran Əliyev Milli Məclisə təqdimat göndərib.

-nin əldə etdiyi məlumata görə, avqustun 2-də Milli Məclisin İntizam Komissiyasının iclası keçiriləcək. İclasda Eldəniz Səlimovla bağlı məsələ, o cümlədən Baş prokurorun onunla bağlı təqdimatı müzakirə olunacaq. Müzakirələrin yekunu olaraq, komissiya rəy verəcək.

Bir gün sonra – avqustun 3-nə isə Milli Məclisin növbədənkənar iclası çağrılıb. Həmin iclasda Milli Məclis deputatın toxunulmazlığını ləğv edib-etməmək qərarını verməlidir.

Xaçmaz rayonunda yerləşən “Starıy dvor” restoranında deputat Eldəniz Səlomovun polisi vurması iddialarıyla əlaqəlar cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən -yə bildirilib ki, deputatın restoranda iyulun 29-da gecə saat 01 radələrində xidməti vəzifəsini icra edən polis əməkdaşına zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən Baş Prokurorluğa material daxil olub. Həmin material araşdırılıb və Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.

“İstintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – Baş Prokurorluqdan bildirilib.

Daxili İşlər Nazirliyi deputatın vurduğu iddia olunan polis əməkdaşının kimliyini də açıqlayıb. Nazirliyin mətbuat xidmətindən -yə bildirilib ki, deputat Eldəniz Səlimov Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşı Zaur Mirzəyevə xəsarət yetirib.

Nazirlik iddia edir ki, hadisə zamanı deputat sərxoş vəziyyətdə olub. Millət vəkilinin həmçinin karantin rejimi qaydalarını pozduğu iddia olunur.

Yayılan məlumatlarda o da qeyd olunur ki, hadisənin baş verdiyi restoran deputatın qohumuna məxsusdur: “Gecə saat 12-dən sonra polis əməkdaşları karantin rejimi qaydalarına uyğun olaraq, obyektin bağlanmasını tələb edib. Eldəniz Səlimov buna etiraz edərək, münaqişə yaradıb”.

Baş verənlərlə bağlı Eldəniz Səlimovun mövqeyi məlum deyil.

1976-cı il təvəllüdlü Eldəniz Səlimov 2010-cu ildən Milli Məclisin deputatıdır. O, hazırda 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı kimi parlamentdə təmsil olunur.


24 saat” “Baş prokuror deputatla bağlı Milli Məclisə təqdimat göndərib” başlıqlı yazını “”yə istinadən dərc edib.

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button