2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏXəbərlər

Baş prokuror korrupsiya ittihamıyla saxlanıb

Moldovada müxalifətin təyin etdiyi baş prokuror vəzifəsindən kənarlaşdırılaraq korrupsiya ittihamıyla saxlanıb.

Oktyabrın 5-də Baş prokuror Aleksandru Stoyanoqlo paytaxt Kişinauda istintaq təcridxanasına aparılıb. Ölkənin kəşfiyyat və təhlükəsizlik xidmətinin maskalı əməkdaşları isə onun evində və iş yerində axtarış aparıblar.

İttihamlar

Saytların yığılması Saytlarin yigilmasi

Antikorrupsiya prokuroru Viktor Furtuna deyib ki, Stoyanoqlo vəzifəsindən sui-istifadədə, vəzifə səlahiyyətini aşmaqda, korrupsiyada, saxta bəyanatlar verməkdə suçlanır.

Prezident Maya Sandu ötən noyabr seçkisində Moskvanın dəstəklədiyi sələfi İqor Dodonu məğlub edib. Sandu Moldovanı qərbə yaxınlaşdırmağa çalışır, islahatlar, korrupsiya ilə mübarizə platforması yürüdür.

Stoyanoqlonu vəzifəyə 2019-cu ildə Dodon təyin edib.

Ədliyyə naziri Serdgiu Litvinenko Stoyanoqlonu “onillərdir Moldovanı talan edən iri korrupsioner məmurlar və oğruların əlində oyuncaq olmaqda” ittiham edib.

Dodonun iddiası

Dodon isə hökumətin “fəlakətli siyasi səhv” etdiyini deyib, Sandunu dövlət idarələrini ələ keçirməkdə suçlayıb.

“Diktaturanın özünü demokratiya ilə malalamasının, hakimiyyətin qəsbinin avropayönlü şüarlar arxasında gizlənməsinin hüququn aliliyinə necə bir təhlükə yaratmasına bu gün inandıq”, – o Facebook postunda yazıb.

Avropanın ən yoxsul ölkəsi olan Moldova son illər sabitsizlik və korrupsiya qalmaqalları içindədir. Bank sistemindən 1 milyard dolların yoxa çıxması da qalmaqala səbəb olub.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button