2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Baş prokuror: ‘Onlar cangüdənləri necə saxlayır?’

«Özünü müxalifət adlandıran, heç bir hüquqi qeydiyyatdan keçməyən həm QHT-lər, həm də siyasi partiyalar aldığı qrantlar barədə məlumat vermirlər. Biz də məcbur olduq ki, bir sıra tədbirlər görək. Bu sahədə Azərbaycanda qanunvericiliyi təkmilləşib. Onlar hər hansı qeyri-qanuni yolla Azərbaycanda həmin pulları ala bilmirlər. Ona görə də, digər ölkələrdə hesablar açmaqla bunu həyata keçirirlər. Bu da qanunsuzdur».

«Report»un xəbərinə görə, bunu Azərbaycanın baş prokuroru Zakir Qaralov deyib. O bildirib ki, bu halların qarşısı tam ciddiliklə alınıb:

Saytların yığılması Saytlarin yigilmasi

«Gələcəkdə də bu halların qarşısı alınacaq. Həmin yoldaşlara sual olunur – onlar 10 illərlə hər hansı bir qurumda işləməyərək cangüdənləri necə saxlayır? Müxtəlif avtomobilləri hansı pulla alırlar? Xarici səfərləri nəyin hesabına edirlər? Həmin qüvvələr maliyyə hesabatları vermirlər. Nümunə kimi deyə bilərəm ki, hakim Yeni Azərbaycan Partiyası həm Maliyyə Nazirliyinə, həm də Ədliyyə Nazirliyinə hesabat verir. Bəziləri qanundan danışırlar, amma özləri bu cür qanunsuz qrant korrupsiyasına qoşulublar. Hesab edirəm, artıq vaxt çatıb ki, bu qurumların tam geniş şəkildə maliyyə mənbələrinin ciddiliklə yoxlanılmasını təmin edək».

XATIRLATMA

Mayın 25-i Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı Gürcüstandan Azərbaycana gələrkən saxlanıb. Onun əşyaları arasında bəyan edilməmiş 12 min avro pul tapıldığı iddia edilir. Qaçaqmalçılıqda ittiham edilən xanım siyasətçi ilkin istintaq dövründə 3 ay həbs edilib. G.Bayramlı isə məhkəməsində deyib ki, həmin pulu əşyaları arasına hüquq-mühafizə orqanları özləri atıb, həbsi sırf siyasi sifarişdir.

Bundan sonra isə Gürcüstanda oturum izini alan jurnalist Əfqan Muxtarlı oxşar ittihamlarla həbs edilib. Ə.Muxtarlı deyir ki, onu Gürcüstanda tutub zorla Azərbaycana gətiriblər. Sərhəddə isə cibinə 12 min avro qoyublar. Ə.Muxtarlı da siyasi sifarişlə həbs edildiyini bəyan edib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button