2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Şou

Baş prokuror “Tərtər işi”ndən danışdı

Baş prokuror Kamran Əliyev bu gün, yanvarın 20-də “Tərtər işi”ndən və istintaqın gedişindən danışıb. O deyib ki, həmin iş ilə bağlı istintaq qrupu yaradılıb və intensiv istintaq hərəkətləri aparılır.

O əlavə edib ki, heç kim bu işdən siyasi məqsədlər üçün istifadə edə bilməz: “Bu, yolverilməzdir”.

Baş prokurorun sözlərinə görə, istintaq belə qısa müddətdə və tələskənliklə aparıla bilməz: “Təəssüf ki, bəzi şəxslər çalışırlar ki, istintaq gedişatına təsir etsinlər… Bu, yolverilməzdir və mümkün da deyil”.

Saytların yığılması Saytlarin yigilmasi

2021-ci ilin sonunda Baş Prokurorluq 2017-ci ildə baş verən və “Tərtər işi” adlandırılan məsələlərin yenidən araşdırıldığını açıqlamışdı.

“Tərtər işi” nədir

2017-ci il mayın 7-də Azərbaycanın hüquq-mühafizə orqanları bildirdilər ki, Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs edilib. Birgə rəsmi açıqlamada vurğulanırdı ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı. Baş Prokurorluq da həmin iddiaların yer aldığı bəzi sayt rəhbərlərini çağıraraq onlara rəsmi olmayan bu məlumatları yaydıqlarına görə xəbərdarlıq verdi. Lakin bu yaxınlarda Hərbi Prokurorluğun rəhbərliyi həmin proses zamanı ölüm halının olduğunu etiraf edib.

Saxlanan hərbi qulluqçuların yaxınları da deyir ki, sonradan işgəncə verilməsinə görə də mühakimə edilənlər olub. Üstəlik, onların vurğulamasına görə, işgəncə nəticəsində ölənlərin 5-nə də sonradan bəraət verilib.

Müdafiə tərəfinin açıqlamalarına görə, bu cinayət işlərində tutulanların əksəriyyəti özlərini təqsirli bilməyib və həbs olunarkən ağır işgəncələrə məruz qaldıqlarını, bu üzdən etiraf xarakterli ifadələrə imza atdıqlarını iddia ediblər.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button