2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Baş Prokurorluq AXCP rəyasət heyətinin üzvünə xəbərdarlıq edib

Bakı/21.01.22 Xalq Cəbhəsi Partiyasının rəyasət heyətinin üzvü İlham Hüseyn yanvarın 21-də Baş Prokurorluğa çağırılıb, burada ona şifahi xəbərdarlıq edilib. Bu barədə Turan-a İlham Hüseyn özü bildirib.

Onun sözlərinə görə, xəbərdarlığa onun 2021-ci ilin noyabrında “Azadlıq” qəzetinə istinadla Facebook-da dərc etdiyi status səbəb olub.

“Mənə bildirdilər ki, Baş Prokurorluğa çağırılmağım 2021-ci ilin noyabrında “Azadlıq” qəzetinin səhifəsindən Laçın rayonunda döyüşlər haqqında Müdafiə Nazirliyi tərəfindən təsdiq edilməmiş yazını paylaşmağımla bağlıdır. Mənə şifahi xəbərdarlıq edildi”, deyə fəal bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

2021-ci il dekabrın 1-də o, həbsdə aclıq edən müxalifət fəalı Saleh Rüstəmovun azad edilməsi tələbi ilə mitinq keçirərkən saxlanılıb. İlham Hüseyn karantin rejimini pozmaq ittihamı ilə 30 gün inzibati həbs cəzasına məhkum edilib. -03Â06-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button