2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Baş Prokurorluq: Azərbaycan və Rusiya hərbçilərinə hücum terror aktıdır

Bakı/13.11.21 Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bu səhər Şuşa şəhəri yaxınlığında baş vermiş insidentlə əlaqədar birgə məlumat yayıblar. Silahlı hücum nəticəsində azərbaycanlı hərbçilər yaralanıb.

Məlumata görə, 13 noyabr 2021-ci il tarixində saat 07:12-də 48-MN-048 ER dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobillə Xankəndi-Laçın şosse yolu ilə Laçın istiqamətində hərəkət edən Ermənistan vətəndaşı, 1975-ci ildə anadan olan Norayr Mirzoyan və digərləri Daşaltı kəndi yaxınlığında dayanıb burada xidmət göstərən Azərbaycan hərbçiləri və Rusiya sülhməramlıları tərəfə  RQD-5 qumbarasını ataraq onların həyatına təhlükə törədiblər.

Milli ədavət zəminində qətl məqsədilə edilən hücum nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət  hərbi qulluqçusu, çavuş Hafiz Nəsibov və daha iki azərbaycanlı hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alblar.

Saytların yığılması Saytlarin yigilmasi

Fakt üzrə Cinayət Məcəlləsinin 29, 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3, (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4 ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələrilə cinayət işi başlanıb.

İstintaq Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsinə həvalə edilib.

Hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam edir.06â-

Hadisə yerindən görünrülər

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button