2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Baş Prokurorluq Bakıda istirahət mərkəzində uçqun hadisəsi ilə bağlı məlumat yaydı

Baş Prokurorluq Səbail rayonundakı istirahət mərkəzində tikilməkdə olan binada baş verən uçqunla əlaqədar məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Oxu.Az-a açıqlamasında bildirib ki, faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

O, həmçinin qeyd edib ki, iş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin başvermə səbəblərinin və təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, ötən gün baş vermiş uçqun nəticəsində dağıntılar altından 2 meyit çıxarılıb, 4 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan birinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 3 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button