2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Baş prokurorluq baş redaktora xəbərdarlıq edib

Azərbaycan Baş Prokurorluğu “Anaxeber.az” internet portalına xəbərdarlıq edib.

Xəbəri Baş Prokurorluq yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Xəbərdə bildirilir ki, prokurorluq sözügedən xəbər portalında müxtəlif vaxtlarda dərc olunmuş məqalələrdə dövlət sirri haqqında qanunun, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarını pozduğunu müəyyən edib.

«“Anaxeber.az” internet portalında dövlətin hərbi, xarici-siyasi, kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, mühafizə edilən və yayılması Azərbaycanın təhlükəsizliyinə ziyan vura biləcək məlumatlar ictimailəşdirilib».

Prokurorluq bildirir ki, bununla əlaqədar olaraq portalının baş redaktoru Azər Talıbov Baş Prokurorluğa dəvət edilib.

“”Prokurorluq haqqında” qanuna uyğun olaraq baş redaktorun diqqətinə dövlət orqanlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan informasiyaların yayıldığı çatdırılıb. Ondan dövlət sirri təşkil edən məlumatların və ibtidai araşdırma məlumatlarının qanunsuz olaraq ictimailəşdirilməsinə son qoyulması tələb edilib”.

Baş Prokurorluq bildirir ki, belə hallar davam etsə daha ciddi tədbirlər görüləcək.

“Anaxeber.az” internet portalının baş redaktoru Azər Talibov isə, hələlik, açıqlamaya münasibət bildirmək istəmədiyini söyləyib.

Baş Prokurorluq tez-tez media və jurnalistlərə belə xəbərdarlıqlar edir.

Bir çox ekspertlər bunu jurnalistin peşə fəaliyyətinə müdaxilə kimi dəyərləndirir. Ekspertlərin fikrincə, Baş Prokurorluq bəzi hallarda məhz ifadə azadlığını basqı altında saxlayır.

Bir müddət öncə, Rabitə, Nəqliyyat və İnformasiya Texnologiyaları Nazirliyi bir sıra müstəqil saytları da məhz Baş Prokurorluğun müraciətindən sonra bloklamışdı.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button