2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Baş Prokurorluq sosial şəbəkələrdə saxta hesablar açılmasından gileylənir

Bakı/27.01.22 Facebook sosial şəbəkəsində Baş Prokurorluğun və bəzi tabe rayon (şəhər) prokurorluqlarının adından “fake” (saxta) hesabların açılması müəyyən edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Prokurorluq bildirir ki, Baş Prokurorluğun mavi nişan (blue sign) vasitəsi ilə təsdiqlənmiş facebook, instagram, youtube, telegram sosial şəbəkərindəki rəsmi səhifələrindən başqa hər hansı digər hesabları mövcud deyil.

“Odur ki, vətəndəşlarımıza ayıq-sayıq olmaqla yalnız rəsmi sosial media səhifələrimizi izləməyi tövsiyə edirik.

Saytların yığılması Saytlarin yigilmasi

Eyni zamanda, dövlət qurumlarının adından saxta hesabların yaradılmasının yolverilməzliyi barədə xəbərdar etməklə, bu kimi neqativ hallara yol vermiş şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görüləcəyini bildiririk”, deyə məlumatda bildirilir.-0-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button