2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Baş Prokurorluqdan Cavanşir Feyziyevin milyonları ilə bağlı açıqlama

Azərbaycanın Baş Prokurorluğu Milli Məclisinin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinin vəsaitinin çirkli pulların leqallaşdırılması ilə əlaqə şübhəsi ilə dondurulması və müsadirəsi barədə rəsmən məlumatlandırılmayıb.

Baş Prokurorluğun mətbuat katibi Kənan Zeynalov fevralın 1-də “Toplum TV”-nin sorğusuna cavabında belə deyib.

Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) Milli Məclisin deputatı, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyevin bank hesablarındakı 5.6 milyon funt-sterlinqi (7.5 milyon dollar) müsadirə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Agentliyin məlumatında qeyd olunur ki, bank hesablarında daha öncədən dondurulmuş 15.3 milyon funt-sterlinq vəsaitdən 5.6 milyonun müsadirəsi barədə order çıxarılıb. 

Aparılan araşdırma nəticəsində deputatın həyat yoldaşı Rərvanə Feyziyeva, oğlu Orxan Feyziyev və qardaşı oğlu Elman Cavanşirin adına olan 6 hesab barədə sərəncam verilib. Sərəncamda həmin vəsaitlərin mənbəyinin pul yuma şirkətləri olduğu qeyd edilir.

Böyük Britaniyanın mənbəyi bəlli olmayan varidatları aşkara çıxaran Milli Cinayət Agentliyi Feyziyevin ailə üzvlərinin vəsaitlərini  Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (“Organized Crime and Corruption Reporting Project” – OCCRP) “Azərbaycanın pulyuyan maşını” adlı araşdırmasından sonra başlayıb. 

Araşdırmada ən azı 2,9 milyard dolların ölkədən qanunsuz yolla çıxarıldığı və çirkli pulların yuyulmasında ixtisaslaşan şirkətlər vasitəsilə leqallaşdırıldığı iddia edilir. 

Araşdırmaya görə, pulyuma şəbəkəsinin xidmətlərindən Feyziyevin təsisçisi olduğu “Avromed” şirkəti də istifadə edib.

Azərbaycan hüquq mühafizə orqanları isə hələ ki, pul yuma iddialarını araşdırmaq niyyətində deyil. 

Baş Prokurorluğun sözçüsü Kənan Zeynalov deyib ki, onlara qeyd edilən məsələ ilə bağlı rəsmi məlumat daxil olmayıb: “Ona görə də tərəfimizdən bununla bağlı şərh verilmir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button