2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Baş Prokurorluqdan Sənay Yağmurun işiylə bağlı açıqlama

Baş Prokurorluqdan Sənay Yağmurun işiylə bağlı açıqlama

Baş Prokurorluq 2004-ci il təvəllüdlü qızın cinsi təcaüzə məruz qalması ilə bağlı məlumat yayıb.

“Toplum TV” xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən oktyabrın 18-də verilən məlumata görə, Sənay Yağumurun (Qəhrəmanlı) cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə başlanmış cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, istintaqın davam etdirilməsi isə İstintaq idarəsinə həvalə edilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir.

Baş Prokurorluq tərəfindən kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək, bu qəbildən olan  həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsi, dəqiqləşdirilməmiş və istintaqın gedişinə mane ola biləcək məlumatların yayılmaması xahiş olunur”, – deyə məlumatda bildirilib.

Sənay Yağmur yazıçı Zümrüd Yağmur və siyasətçi Fuad Qəhrəmanlının qızıdır.

24 saat

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button