2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Baş prokurorun müavini əfv və amnistiyadan yazdı

Namiq Əsgərov: “Prezidentin 31 əfv sərəncamı ilə 3800-dən çox məhkuma şamil edilib”

“1995-2003-cü illərdə qəbul olunmuş, 77 mindən çox insana şamil edilmiş yeddi amnistiya aktı və 3 mindən çox insanın bağışlanaraq ailəsinə qovuşmasına səbəb olmuş otuz iki əfv fərman və sərəncamları ölkədə vətəndaş həmrəyliyinə xidmət etməklə yanaşı, insanların hakimiyyətə inamını və etimadını daha da artırmışdır. Humanizmin təcəssümü olaraq ölüm hökmünün icrasına moratorium qoyulmuş, 1998-ci ildə isə bu cəza ləğv edilmişdir”.

Bu sözlər Baş prokurorun müavini, 2-ci dərəcəli dövlət ədliyyə müşaviri Namiq Əsgərovun bizimyol.info-ya Baş Prokurorluqdan göndərilmiş məqaləsindəndir. Məqalədə deylir ki, 2003-cü ildən ölkə Prezidenti tərəfindən imzalanaraq 3800-dən çox şəxsə şamil edilmiş 31 əfv sərəncamı da “humanizm prinsiplərinə əsaslanan idarəçiliyin və humanist cəza siyasətinin həyata keçirilməsi ilə bağlı tətbiq edilən çoxsaylı tədbirlərin əhəmiyyətli hissəsi olmuşdur”.

Saytların yığılması Saytlarin yigilmasi

Məqalədə həmçinin deyilir: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva mərhəmətlilik və insanpərvərlik məfkurəsinə əsaslanaraq, amnistiya aktlarının qəbuluna dair mütəmadi olaraq təşəbbüslə çıxış etməklə humanizm prinsipinin, dövlətin sosial yönümlü siyasətinin həyata keçirilməsinə böyük töhfələr verir. Onun təşəbbüsü ilə qəbul olunmuş 4 amnistiya aktının tətbiqi 40 mindən artıq insanın cəzadan azad olunması, yaxud cəzalarının azaldılması nəticəsində onların ailələrinə unudulmaz sevincin bəxş edilməsinə səbəb olmuşdur”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button