2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Baş redaktor məhkəmənin qapalı keçirilməsini istəyir

Bəzi vəzifəli şəxslərin adı hallandığı üçün proses bəzi epizodlar üzrə qapalı keçiriləcək

Yanvarın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəflinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış ediblər. Onlar prosesin qapalı şəkildə keçirilməsini istəyiblər. Bildiriblər ki, cinayət işində bəzi vəzifəli adamların adı keçir və iclas qapalı keçirilsə, daha yaxşı olar.

Saytların yığılması Saytlarin yigilmasi

Müşavirədən sonra qərar elan edilib. Vəsatət qismən təmin edilib. Bəzi epizodlar üzrə prosesin qapalı keçirilməsinə qərar verilib.

Daha sonra məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktının nəticəvi hissəsini elan edib. İttihama münasibət bildirən S.Əliyev özünü təqsirli bilməyib, H.Nəcəfli, S.Məmmədsalayeva isə özlərini qismən təqsirli bilib. Digər təqsirləndirilən şəxslər isə özlərini təqsirli bilməyiblər.

Daha sonra təqsirləndirilən şəxslərə ifadə vermək təklif edilib. S.Vəliyev və digər təqsirləndirilən şəxslər hazırkı mərhələdə ifadə vermək istəməyiblər.

Proses yanvarın 30-da davam edəcək.

Məhkəmədə məlum olub ki, iş üzrə təqsirləndirilən – Gülbəniz Əliyeva, İlahə Qasımova və Maarif Abbasov da var. Onların barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru S. Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb.

2016-cı ildə qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

Habil Vəliyevlə Surxay Əliyevin rəhbərlik etdiyi qəzetlər 2011-ci ildə Mətbuat Şurasının “qara siyahı”sına salınıb və “reket qəzetlər” elan olunub. 2014-cü ildə isə həmin siyahıdan çıxarılıb. Hər iki şəxs 2014-cü ilin avqustunda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ölkənin informasiya təhlükəsizliyi ilə bağlı keçirdiyi müşavirədə iştirak edib.

2016-cı ildə isə onlar yenidən “reket jurnalist” kimi DTX tərəfindən həbs ediliblər.
meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button