2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Baş redaktor Mustafa Hacıbəyli özünü təqsirli bilmədi

Prosesdənin ittiham aktı elan edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində “bastainfo.com” saytının baş redaktoru Mustafa Hacıbəylinin işi üzrə məhkəmə istintaqı başlayıb. Yanvarın 22-də hakim Səbuhi Hüseynovun sədrliyilə keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib.

“Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı törədilmiş terror, eyni zamanda, Mingəçevir Su Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində bəzi destruktiv qüvvələr arasında yaranmış vəziyyəti özü üçün əlverişli hesab edərək, vətəndaşlar arasında xaos və çaşqınlıq yaranmasına, ictimai-siyasi sabitliyin pozulmasına, kütləvi iğtişaşların törədilməsinə təsir göstərmək məqsədilə baş redaktoru olduğu “bastainfo.com” internet resursunda 5 iyul 2018-ci ildə “Mingəçevirdəki qəza repressiya maşınını dayandırmayıb”, 6 iyul 2018-ci ildə “Azərbaycanlılar özlərinin ictimai müqavimət modelini yaradıb” başlıqlı məqalələr yerləşdirib. Məqalələrdə hakimiyyətin zorla ələ keçirilməsinə, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlik açıq çağırışlar yer alıb”, – ittiham aktında yazılıb.

M.Hacıbəyli özünü təqsirli bilməyib. O bildirib ki, ittiham tamamilə əsassızdır. M.Hacıbəyli şahidlər dindirildikdən sonra ifadə verəcəyini bildirib.

Məhkəmədə “bastainfo.com” saytının əməkdaşları – Könül Alıyeva, Heybət Əmrah və Rüfət Baxışov şahid qismində dindirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Heybət Əmrah Müsavat Partiyasının üzvü olduğunu, M.Hacıbəylini də 90-cı illərdən bu partiyadan tanıdığını, onun rəhbərlik etdiyi sayta ictimai əsaslarla yazılar yazdığını bildirib.

Şahid Könül Alıyeva hər iki yazının “Turan” informasiya agentliyinin materialı olduğunu və “bastainfo.com”un buna görə məsuliyyət daşımadığını bildirib:

“Buna görə bizim sayta cinayət işi qaldırmaq absurddur”.

Rüfət Baxışov da həmin məqalələrin “Turan”ın yazıları olduğunu bildirib.

Prokuror şahidlərdən sayta yazdıqları yazıların müqabilində pul alıb-almadıqlarını soruşub. Onlar ictimai əsaslarla saytla əməkdaşlıq etdiklərini bildiriblər.

M.Hacıbəylinin vəkili Osman Kazımov bu şahidlərin ittihama aidiyyəti olmadığını bildirib. Müdafiəçi deyib ki, Mustafa Hacıbəylinin günahlandırıldığı məqalələrin birində Gəncənin icra başçısını güllələmiş Yunis Səfərovun işgəncə altında çəkilmiş fotosundan söhbət gedir. O fotonu da cəmiyyətə polis idarəsindən ötürüblər. Çünki orada çəkilib: “Bu yolla dövlətə inamsızlığı da o fotonu yayanlar yaradır”.

Məhkəmə prosesi yanvarın 29-na qədəd təxirə salınıb.

Növbəti məhkəmədə “bastainfo.com” saytındakı məqalələrdən narahatlıq keçirdiyini iddia edən şahidlər – 45 yaşlı İlahə Xalidova, 52 yaşlı Arzuxanım Məmmədova və 51 yaşlı Zülfiyyə Babayevadır. Onlar Xəzər rayonu, Mərdəkan və Şüvəlan qəsəbə sakinləridir.

M.Hacıbəyli Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Məhkəmə ittihamları təsdiqləsə, M.Hacıbəyli 8 ilədək azadlıqdan məhrum edilə bilər.

M.Hacıbəyli ittihamları rədd edir. Bildirir ki, rəhbərlik etdiyi saytdakı yazılarda dövlət əleyhinə çağırışlardan söhbət gedə bilməz.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button