Manşet

Baş redaktor Ülvi Həsənli və tanınmış bloqqer Mehman Hüseynov saxlanıldı

24 saatxəbər verir ki, abzas.net saytının baş redaktoru Ülvi Həsənli və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunin (RATİ) sədri, tanınmış bloqqer Mehman Hüseynov bu gün çəkilişdən qayıdan zaman polislər tərəfindən saxlanılaraq Abşeron Polis isrəsinə aparılıblar.

Mehman Hüseynov

Sosial şəbəkə profilindən hadisə ilə bağlı məlumat verən Mehman Hüseynov bunları qeyd edib:

“Nə baş verir? Çəkilişdən gəlirdik. PPX və YPX tökülüşüb yolumuzu bağlayıb bizi saxlayıblar. Səbəbi soruşanda, “rəis belə göstəriş verib” 😁 Yenə jurnalist ovuna çıxıblar deyəsən.”

Mehman Hüseynovun paylaşımı

Abzas.net saytının baş redaktoru Ülvi Həsənli də feysbuk profilindən paylaşım edərək hadisəni təsdiqlətib:

Mehmanla Novxanıda çəkilişdən qayıdan zaman iki polis maşını bizi saxlayıb. Sənədləri alıb gözlədirlər. Biz də gözləyirik.

Abzas.net saytının Baş redaktoru bunları yazıb

24 saat” bildirir ki, jurnalistlərin hansı səbəbdən polis idarəsinə aparıldığı barədə məlumat yoxdur.

XATIRLATMA

2017-ci il martın 3-də Suraxanı rayon Məhkəməsində, Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin Mehman Hüseynovu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham iddiası üzrə baş tutan məhkəmə prossesində hakim Ceyhun Qədimovun verdiyi hökmə əsasən Mehman Hüseynov 2 il müddətində azadlıqdan məhrum edilib. O 2 mart 2019-cu ildə azadlığa çıxıb.

24 saat

Gözdən qaçırmayın:  Rus ordusu bu gündədir - partlamış tankar, yanmış paltarlar və... - VİDEO + FOTOLAR

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button