2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Baş redaktordan Eynulla Fətullayevə şok sözlər: “Ona şəfa diləyirəm”

Virtualaz.org və Haqqın.az saytlarının baş redaktoru Eynulla Fətullayev tanınmış jurnalist Əvəz Zeynallının müəllifi olduğu “Qaynar Qazan” verilişində qonaq olub.

O, bir sıra şəxslərə qarşı ittiham səsləndirib. E.Fətullayev iddia edib ki, “Gündəm-xəbər”in baş redaktoru Şirin Cəfəri MTN-ə “işləyib”.

Şirin Cəfəri barəsində Fətullayev tərəfindən başladılan şər-böhtan kampaniyasına reaksiya verib. O, 24saat.org-a deyib ki, Eynulla Fətullayev elə bir xislətə malikdir ki, ondan hər cür iftira eşitmək mümkündür:

Saytların yığılması Saytlarin yigilmasi

“Fətullayevin barəmdə dediyi fikirlər yalandır, özü nə danışdığını bilmir. Mən belə başa düşürəm ki, bu adam artıq başını itirib. Sözsüz ki, onun həbsdən necə çıxdığı mənə şübhəli qalır.

Belə görünür ki, bu şəxs həbsxanadan üzü ağ çıxmayıb. İndi də ağzına gələni danışır və yazır. Mən, artıq ona ciddi fikir verməyin tərəfdarı deyiləm. Çünki adamda həbsxana həyatının psixoloji sarsıntıları özünü büruzə verir”.

Şirin Cəfəri qeyd edib ki, Eynulla Fətullayevdən məhkəməyə şikayət etmək niyyətində olsa da, sonda bu fikrindən daşınıb: “Fətullayevi Azərbaycan xalqı, cəmiyyətimiz yaxşı tanıyır. Bilir ki, hansı yuvanın quşudur. Bəllidir ki, bu adam uzun illər ermənipərəstliyi ilə seçilib, erməni qucağında oturan biri olub.

Fətullayev rəhmətlik Elmar Hüseynovun ölümündən şəxsi maraqları üçün istifadə edib. Vaxtı ilə özü MTN-lə əlbir olub, onların sifarişi əsasında fəaliyyət göstərib, müəyyən mənada Elmar Hüseynov məsələsində oyunlar oynayıb.

Bu gün isə bu məsələlərdən yayınmaq üçün şəxsən məni MTN-ə “bağlamağa” çalışır. Ancaq ortada tarix var. Bu Elmar Hüseynovun ölümündən küllü miqdarda pul əldə etmək, yararlanmaq istəyirdi.

Amma bu cəhdi alınmadı. Keçmiş MTN-də ki, şefləri Eynullanı işlətdilər və sonra da ona atdılar. İndi də başqa sahədə istifadə olunur. Üstəlik ağzına gələni danışır. Guya hamı oldu MTN-nin agenti, Eynulla oldu təmiz adam.

Amma Eynulla və təmiz adam kəlməsi bir-birinə ziddir. Oktyabrın 7-də qəzetimizdə gedən bir məqaləyə görə, məni DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişdilər. Eynulla Fətullayev heç bir əsası olmadan dərhal elan etdi ki, “MTN-nin daha bir agenti həbs edilib”.

Əgər mən MTN agenti olmuşamsa, ümumiyyətlə MTN əməkdaşları ilə hansısa münasibətlərim olubsa, mənim atama lənət olsun. Yox, əgər Eynulla Fətullayev yalan deyirsə, onun atasına lənət olsun. Hər ikimizin atası dünyasını dəyişib. Yaxşı övlad olan biri yalandan atasını, özünü söydürməz. Mən ona məsləhət görərdim ki, qarayaxmalarını dayandırsın”.

Şirin Cəfəri hesab edir ki, Eynulla Fətullayevin mediaya bəlli olan həyatı onun necə insan olduğunun əyani göstəricisidir:

“Bu adam indiyə qədər bir neçə partiya dəyişib. Müxtəlif şəxslərin yanında olub. Hər yerdən də destruktiv fəaliyyətinə görə qovulub.

YAP-çı idi, amma sonra sosial demokrat oldu. Daha sonra Xankəndinə gedərək saxta rejimin prezidenti ilə görüşdü, ondan müsahibə aldı, imkan yaratdı ki, saxta rejimin rəhbəri Azərbaycana qarşı ittihamlar irəli sürsün.

Xocalı ilə bağlı heç bir azərbaycanlının yazmayacağı reportaj yazdı. Sözümün canı odur ki, bu adamın keçmişi onun necə şəxs olduğunu ortaya qoyur”.

Cəfəri daha sonra xatırladıb ki, özünə hörmət edən bir insan üçün həyatda ən biabırçı hal dar gündə yanında duran dost və həmkarlarından imtina etməkdir:

“Eynulla həbsdə olduğu müddətdə “Gündəlik Azərbaycan” qəzetinin əməkdaşları hər ay ona yardım göstəriblər, ailəsini heç vaxt tək buraxmayıblar.

Ancaq adam həbsdən çıxdıqdan sonra onların üzərindən xətt çəkdi, hətta bir çoxu haqda mətbuata mənfi istiqamətdə danışdı, bunu müdafiə edən onlarla jurnalisti borclu çıxardı.

Sonradan həmin qəzetdə çalışan jurnalistlərdən birini təzə yaratdığı QHT-də işə cəlb etdi, amma əmək haqqını vermək istəmədi.

Həyatda ən ağır hal dar gündə sənə dayaq duran insanlar haqqında ağzına gələni danışmaqdır. Bunu da son 20 illik tarixdə ancaq Fətullayev edə bilib. Mənəviyyatı bundan ibarətdir. Şəxsi həyatına baxanda da necə insan olduğu ortaya çıxır.

Eynullanın Bakı Şəhər İcra Hakimiyyətinin mərhum başçısı Rafael Allahverdiyevlə bir qalmaqalı var idi. Bu qalmaqalın içində başqa bir incə məqam da mövcud idi.

Mən bunu açıqlamaq istəmirəm. Özünə hörmət edən, mənəviyyatı olan hər bir insan üçün bu eyib məsələdir, amma Eynulla üçün əsla eyib bir şey deyil”.

Sonda Şirin Cəfəri bildirib ki, Eynulla Fətullayev şəxsən onu tanımır: “Ola bilsin ki, adımı eşidib, amma şəxsən tanışlığımız yoxdur. Tanımadığın bir insan haqqında nəsə demək üçün insanın əxlaq və mənəviyyatında problemlər olmalıdır. Yalnız mənəviyyatsız və şəxsiyyətsiz şəxs bunu edə bilər. Mənim Eynullaya yazığım gəlir. O bədbəxt adamdır. Allahdan ona şəfa diləyirəm”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button