2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Baş redaktorun cinayət işinin istintaqı yekunlaşdı

Baş redaktor Anar Məmmədovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq

“Criminalaz.com” saytına açılmış cinayət işinin istintaqı başa çatıb. Bu barədə saytın  dekabrın 12-də, baş redaktorun cinayət işinin materialları ilə tanışlığı zamanı deyiblər.

Baş redaktorun vəkilləri tanışlıq mərhələsində bəzi vəsatətlər veriblər. Vəsatətlər cinayət işinə xitam verilməsi ilə bağlı olub. Ancaq vəsatətlər rədd edilib.

Cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək və işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Saytların yığılması Saytlarin yigilmasi

A.Məmmədov Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Məhkəmə ittihamları təsdiqləsə, baş redaktorun 8 ilədək azadlıqdan məhrum edilməsi mümkündür.

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Onda Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı.

İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən criminalaz.com saytına girişə məhdudiyyət qoyulmuşdu.

Anar Məmmədov ittihamları rədd edir.

24saat.org xəbəri  Meydan TV-yə  istinadən təqdim edir

 

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button