2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Baş redaktorun saxlanıldığı bildirilir

Vəkil Elçin Sadıqov İkram Rəhimovun Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı haqqında “Facebook” səhifəsində məlumat paylaşıb:

“Dövlət Təhlükəsizlik Xidmətindən zəng etmişdilər. Jurnalist İkram Rəhimovun saxlanıldığını və onun vəkil olaraq məni tələb etdiyini bildirdilər. Təəssüf ki, Bakıda deyildim. Növbəti həftənin 1-ci günü İkram Rəhimovla görüşəcəm”.

***

Mehman Əliyev: ”Söylədi ki, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ünvanına tənqid yer alan açıq məktub dərc etdiyinə görə təqib edilir”
“Realliq.info” portalının baş redaktoru İkram Rəhimovun oktyabrın 26-da axşam saatlarında mülki geyimli şəxslər tərəfindən saxlanıldığı və naməlum istiqamətə aparıldığı bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatı onun yaxınları “Facebook”da yayıb.

İkram Rəhimov saxlanılmasından əvvəl “Facebook” səhifəsində yazıb ki, Masazır yolunda saat 14.41-də BMW markalı 90 EM 525 nömrəli avtomobil tərəfindən izlənilir:

“Onlardan qopmağa çalışıram, amma alınmır”.

Bildirilib ki, İkram Rəhimov onu təqib edənlərdən qurtulub və “Turan”İA-na gəlib.

Agentlikdən çıxandan sonra onu saxlayıblar.

“Turan” İA-nin direktoru Mehman Əliyev olayı Meydan TV-yə təsdiqləyib:

“İkram Rəhimov ofisə gəldi və mənə dedi ki, avtomobili “Askürü” restoranı yaxınlığındakı yolda naməlum şəxslər tərəfindən mühasirəyə alınıb, amma o, onu təqib edən şəxslərdən qurtula bilib. Onun sözlərinə görə, onlar dörd nəfər idilər. Özü DİN-in “102” xidmətinə zəng etdiyini və hadisə haqqında məlumat verdiyi də dedi. Eyni zamanda söylədi ki, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ünvanına tənqid yer alan açıq məktub dərc etdiyinə görə təqib edilir. Hüquq-mühafizə orqanlarına müraciət etmək niyyətində olduğunu bildiridi. Agentliyin ofisindən çıxışda, Süleyman Rəhimov küçəsində onu təqib edən şəxslər saxladılar”.

Realliq.info saytının baş redaktoru İkram Rafiqoğlu Rəhimov 2016-cı ilin noyabrında Sumqayıt şəhər məhkəməsinin qərarı ilə CM-nin 147.2-ci maddəsinə əsasən 1 il azadlıqdan məhrum edilmişdi. O, 2017-ci ilin martında azad olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button