2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Baş vəkil bizneslə də məşğuldur

Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Finance Leasing” ASC-dən pay alıb. Bu barədə “Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Hesabatda ölkənin baş vəkilinin lizinq şirkətinin səhmlərinin 1,5%-nə nəzarət etdiyi qeyd olunub. Qiymətli kağızlar ötən il əldə olunub.

“Finance Leasing”in İdarə Heyətinin sədri Rabil Məmmədov “Report”a açıqlamasında isə bildirib ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Finance Leasing” ASC-nin yaradıldığı 2007-ci ildən bəri şirkətin səhmdarıdır.

Xatırladaq ki, bu gün “Finance Leasing” Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Məlumatların Elektron Açıqlanması Sistemində (MEAS) 2017-ci ilin yekunlarına dair maliyyə hesabatını açıqlayıb. Hesabatda A.Bağırovun lizinq şirkətinin səhmlərinin 1,5%-nə nəzarət etdiyi qeyd olunub. “Finance Leasing”in MEAS-da 2016-cı ilin yekunlarına dair yerləşdiyi maliyyə hesabatında onu adı səhmdar kimi olmayıb. Bu isə Vəkillər Kollegiyasının sədrinin ötən ildən şirkətin səhmdarı olması qənaətinə gəlməyə imkan verib.

Saytların yığılması Saytlarin yigilmasi

report.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button