AZ24SAAT.ORG

Now Reading:
“Baş verənlərdə hansısa xarici qüvvələrin əli var”

”Hüquq-mühafizə orqanları son hadisələrlə bağlı ciddi məşğul olmalıdır”

Bakıda və Azərbaycanın bir sıra ərazilərində iyulun 12-də yenidən elektrik enerjisinin verilməsində məhdudiyyətlər olub.

“Azenerji” ASC-nin məlumatında bunun Ağsu və Yevlaxda baş verən yanğınla əlaqəli olduğu bildirilib:

“Saat 15:30 radələrində Mingəçevir şəhərindən 151 km məsafədə yerləşən Ağsu rayonunun Bico kəndi və eyni zamanda Yevlax rayonunun Xanabad kəndindən 20 km məsafədə Hava Elektrik Veriliş xəttlərinin yerləşdiyi ərazilərdə genişmiqyaslı yanğın törədilib. Nəticədə “Azərbaycan” İES və Mingəçevir SES-nə Abşeron Yarımstansiyası ilə birləşdirən yüksəkgərginlikli, 220 kV-luq Qəbələ, 220-KV-luq Ağsu və 330 kV-luq 1-ci Abşeron hava xəttləri yanğına məruz qaldığı üçün, baş verə biləcək ağır qəzanın qarşısını almaq məqsədilə dispetçerlər tərəfindən dövriyədən ayrılıb. Digər 500 kV-luq 2-ci Abşeron Hava xəttində isə yanğının təsiri nəticəsində qısaqapanma baş vermiş və xəttin mühafizəsi tərəfindən dövrədən ayırıblar. Yanğından baş verən qisaqapanmanın aradan qaldırılması üçün xətt dövrədən açılır. Xətt təkrar qoşma avtomatı tərəfindən vurulduqda yanğının davam etməsi nəticəsində xətt yenidən açılır. Son nəticədə xəttin dövrəyə qoşulması mümükünsüz olur. Beləliklə, yanğın nəıticəsində əsas güc ötürücü xəttlərinin dövriyəyə qoşulması mümkün olmur ki, bu da sistemin dayanıqlığının itirilməsi üçün böyük təhlukə yaradır”.

“Azenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev eyni vaxtda iki kənddə yanğının olmasını dolayısı ilə təxribat adlandırıb:

“Elektrik xətlərinin altında yanğının başlaması çoxsaylı suallar doğurur. Nəyə görə birdən-birə iki yerdə? Biz Bakıya və Sumqayıta elektrik enerjisinin ötürülməsini dayandırmağa məcbur olduq. Hazırda yanğının aradan qaldırılması üzrə işlərin başa çatmasını gözləyirik”.

Deputat Vahid Əhmədov Meydan TV-yə deyib ki, hüquq-mühafizə orqanları son hadisələrlə bağlı ciddi məşğul olmalıdır.

“Baş verənlərdə hansısa xarici qüvvələrin əli var və onlar Azərbaycandakı tərəfdaşlarından istifadə edirlər. Bu məqamlar araşdırılmalıdır. Yəqin ki, Dövlət Təhlükəsizlik Xidməti məşğul olacaq”.

Vahid Əhmədov indiki vəziyyətdə heç nəyi, təxribatı da istisna etmir:

“Ona görə ki, Azərbaycanın son qaz layihəsi bir sıra dövlətlərin xoşuna gəlməyib”.

O, “söhbətin hansı dövlətlərdən gedir” sualına “özünüz bilirsiniz” deyərək əlavə edib ki, İran da, Rusiya da ola bilər:

“Çünki TAP və TANAP layihələrinin həyata keçirilməsinə Rusiya dövləti maraqlı deyil. Avropanın qaz bazarının 60 faizi faktiki bu ölkənin nəzarətindədir. Bundan başqa səbəblər də ola bilər, hər halda hüquq-mühafizə orqnaları araşdırmalıdır”.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.