2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Başçıdan məcburi iməcilik əmri – Sabirabadda

Sabirabadda büdcə təşkilatlarında çalışan işçilərə ağac əkdirirlər. 24saat.org-a verilən məlumata görə, müəllimləri, həkimləri, kommunal təsərrüfat işçilərini və s. iməcilik adı ilə ağac əkməyə məcbur edirlər. Buna görə heç bir əmək haqqı verilməməsi bir yana, qanunsuz işlədilən dövlət qulluqçuları ağac əkmək mövsümünün çoxdan keçməsindən narazıdırlar.

Məlumata görə, bu qərar rayonun icra hakimiyyəti başçısı Nazim İsmayılov tərəfindən verilib. Oğluna Göyçayda villa tikdirməsi ilə gündəmə gələn icra başçısı büdcə təşkilatlarının işçilərini məcburi əməyə cəlb edir.

Sovet vaxtından qalan iməcilik ənənəsi icra hakimlərinin maraq dairəsindən çıxmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button