2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Başçının pivə zavodu varmış: Eldar Mahmudovun əmioğluna nə bağışlanıb? – ŞOK FAKTLAR

Xəzər rayon İcra Hakimiyyəti başçısı Gülağa İslamovun MTN rəhbəri olmuş Eldar Mahmudova və yaxınlarına torpaq sahələri bağışlaması barədə yeni-yeni faktlar üzə çıxır.
24saat.org-un verdiyi məlumata görə, vəkil Ramiz Zeynalovun prezident İlham Əliyevə müraciətində bu detal mətbuatın diqqətindən yayınıb.

 


Vəkil prezidentə müraciətində qeyd edib ki, 2013-cü ildə aeroport şossesində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin arxasında 10 hektar torpaq sahəsi var idi.
İcra hakimiyyəti başçısı G.İslamovun qanunsuz sərəncamı ilə ərazi E.Mahmudovun əmisi oğlu Yaşar Mahmudova verilib, ərazi hasarlanıb və restoran kompleksi inşa edilməkdədir. Yaşar Mahmudov bütün ölkə üzrə siqaret satışına nəzarət edib.
E.Mahmudovun bir ayrı əmisi oğlu Vüqar Mahmudovun da Xəzər rayonunda əməlləri barəsində mətbuat geniş yazılar dərc edib. O, milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat fəaliyyətinin aşkarlanması və qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə yüksək peşəkarlıq və igidlik göstərdiyinə, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə milli təhlükəsizlik orqanlarının 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Mahmudov Yaşar Mahmud oğlu “VƏTƏN UĞRUNDA” medalı ilə təltif olunub.
24saat.org-un verdiyi məlumata görə, vəkil Ramiz Zeynalov daha bir faktı açıqlayıb. 2011 -ci ildə Buzovna qəsəbə sakini Əzizağa Murtuzayevə məxsus, Qala yolunun solunda “Qala bazar” restoran kompleksi ilə bir cərgədə icra başçısı G.İslamova məxsus pivə zavodu ilə üzbəüz yerləşən, ƏMDK-nın balansında olan 0,40 hektar torpaq sahəsi olan 127 saylı yanacaqdoldurma stansiyası (YDS) qanunsuz olaraq ƏMDK-nın sədr müavini Rafiq Cəlilov və komitənin əməkdaşı Yusif Qəmbərov tərəfindən sahibi və əmək kollektivinin xəbəri olmadan, razılıqları belə alınmadan gizli, Xəzər RİHB Gülaga İslamovun sərəncamı ilə E.Mahmudova verilib.
Bu da vəkilin prezidentə müraciətində öz əksini tapıb. Üstəlik, icra başçısının pivə zavodu olduğu üzə çıxır. Bu mövzular ətrafında araşdırmalarımız davam edir. Vəkilin iddiaları ilə bağlı Xəzər RİH-nin və adı keçən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button