2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Başı suya batırmaq orucu pozurmu?

Əhli-sünnə məzhəblərinə görə, orucluq zamanı suya baş vurmaq, dənizə dalmaq orucu pozmaz.

Amma bu zaman ağızdan və burundan su keçməsi ehtimalı yarandığı üçün, suya baş vuran adam çox diqqətli olmalıdır. Bunun üçün ağzı və burnu qapatmaq və suyun içəri keçməsinə mane olmaq lazımdır. Hətta bəzi alimlər (xüsusilə hənəfi məzhəbində) ağızdan və burundan su keçməsi təhlükəsini nəzərə alaraq, imkan daxilində orucluq zamanı suya baş vurmamağı məsləhət bilirlər.

24saat.org islam.az-a istinadən bildirir ki, cəfəri məzhəbli alimlərin əksəriyyətinə görə, ehtiyati-vacibə əsasən, suya baş vurmaqla oruc pozular. Diqqət yetirin ki, burada yalnız başı bütövlükdə suya batırmaq nəzərdə tutulur. Amma əgər insan başını suya salmadan yuyunsa, orucu düzgün sayılır. Bəzi cəfəri müctəhidlər (o cümlədən, Ayətullahül-üzma Sistani) oruc zamanı başı tamamilə suya batırmağın orucu pozmadığına, amma şiddətli məkruh əməl olduğuna fətva vermişlər.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button