2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mehman Hüseynov: “Başıma torba keçirdilər…”

Mehman Hüseynov deyib ki, onu Nəsimi Rayon Polis İdarəsinin rəis müavinin yanına gətiriblər. Orada deməsinə görə, ürəyi gedib:

“Mən özümdən getmişəm. Birdə hiss etdim ki, əlimi qaldırıb hansısa sənədə qol çəkdirirlər. Bunlar bu vəziyyətdən istifadə ediblər”

Mehman Hüseynov deyib ki, onun üstünə təcili yardım çağırıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Bloqqer məhkəməyə də toxunub.

“Hakim özü mənə ittihamın qurama olduğunu gördü. 200 manat cərimə edildim. O cəriməni də ödəməyəcəyəm”

M.Hüseynovun vəkili Elçin Sadıqov məhkəmədən sonra qərarla razılaşmadıqlarını, apelyasiya şikayəti verib onun ləğv edilməsini tələb edəcəklərini bildirib.

“Məni 3 saat başımda torbaynan başıaşağı saxladılar. Bu vaxt ərzində məni təhqir edirdilər, çəkdiyim videoları açıb guya ələ salırdılar. 3 saatdan sonra məni apardılar Nəsimi rayon Polis İdarəsinə, rəis müavinin otağına aparıb başımdakı torbanı çıxardanda mən huşumu itirib yerə yıxıldım. Bundan sonra mənim huşsuz vəziyyətdə olmağımdan istifadə eləyib harasa imza atdırıblar, məhkəmədə göstərdilər, vəkillər də şahiddilər. Onlar mənim huşsuz vəziyyətimdən istifadə ediblər. Məhkəmədə hakim də gülürdü ki, bu nə imzalardı”- deyə Mehman Hüseynov bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button