Loading...
Loading...
Xəbərlər

‘Başlıbel kəndində qətlə yetirilənlərin cəsədləri axtarılcaq’

Kəlbəcər rayonu Başlıbel kəndində qətlə yetirilmiş şəxslərin cəsədlərinin aşkar edilməsi üçün qazıntı axtarış işlərinə başlandığı bildirilir.

Bu barədə aprelin 24-də Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda xatırlanır ki, 1993-cü ilin aprelin əvvələrində hərbi təcavüz nəticəsində Kəlbəcər rayonu işğal olunub:

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, bu kimi cinayətlərin tam və hərtəfəli istintaq olunması istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Belə ki, Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonunun Başlıbel kəndində mülki əhaliyə qarşı törətdiyi cinayətlər barədə məlumatlar daxil olmuş və qətlə yetirilmiş şəxslərin cəsədlərinin basdırıldığı yerlər müəyyən edilmişdir”

Məlumata görə, aprelin 24-də Baş Prokurorluğun əməkdaşları digər aidiyyəti dövlət orqanlarının nümayəndələri ilə birgə qətlə yetirilmiş şəxslərin cəsədlərinin aşkar edilməsi məqsədi ilə qazıntı axtarış işlərinə başlayıblar:

Cinayət işi üzrə aparılan istintaq hərəkətlərinin nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.”

1992-ci il aprelin 2-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Kəlbəcər rayonunu işğal edib.

Verilən məlumatlara görə, bu zaman 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 73 nəfər sakini evlərini vaxtında tərk edə bilməyiblər. Onlardan bəzilərinin öldürüldüyü, bəzilərinin isə giriv götürüldüyü deyilir.

Yalnız 30-a yaxın şəxsin dağlıq ərazidəki kahalarda gizlənərək mühasirə həyatını davam etdirdiyi qeyd edilir. İddialara görə, onlar birdə iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları ilə mühasirədən çıxa biliblər.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ( Kəlbəcər rayonu daxil) işğal edilmişdi.

Amma ötən il 44 günlük müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə, ətraf yeddi rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb.Ötən il 10 noyabr razılaşmasına (Azərbaycan, ErmənistanRusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

24 saat” “’Başlıbel kəndində qətlə yetirilənlərin cəsədləri axtarılcaq’” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button