2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Başqırdların milli təşkilatı ‘separatçılığa’ görə qadağan edilib


Mayın 22-də Başqırdıstanın Ali Məhkəməsi qeydiyyatdan keçməmiş Başkort ictimai hərəkatınıekstremist təşkilat kimi tanıyıb və fəaliyyətini qadağan edib.

Belə bir vəsatətlə məhkəməyə respublika prokurorluğu müraciət etmişdi.

Güc strukturları bu hərəkatın təşkil etdiyi toplantıları qanunsuz hesab edirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Təşkilatın “ekstremist fəaliyyətə çağırışlar” etdiyi və “nifrət və düşmənçiliyi qızışdırdığı” iddia olunur.

Başqırdıstan Ali Məhkəməsinin hakimi Guzel Farkhutdinova bu vəsatəti 20 dəqiqə ərzində təmin edib.

Məhkəmənin qərarında deyilir:

“Müstəqil ekspertlərin yekun rəyinə görə bu təşkilatın üzvləri Başqırd millətinin hüquqlarının dövlət hakimiyyəti tərəfindən tapdanması barədə təsəvvür yaradan şüarlar səsləndirirlər”.

Qərarada bu da qeyd olunur ki, təşkilat yerli özünüidarəyə və Başqırdıstan Respublikasının Rusiya Federasiyasının tərkibindən çıxmasına çağırışlar edir.

Başkort hərəkatının vəkili deyib ki, bu qərardan apellyasiya şikayəti veriləcək.

 

Başqırd dağı, Başqırd dili

Prokurorluğun təşkilata əsas ittihamı bundan ibarət idi ki, bu hərəkatın ağsaqqalları qismində ekstremizmə görə məhkum edilmiş Sagit Ismagilov, Fanzil Akhmetshin və Ayrat Dilmukhametov çıxış edirlər.

Hərəkatı habelə Başqırdıstanı Rusiyadan ayırmaq cəhdində ittiham edirlər.

Prokuroluğun versiyasına görə hərəkatın qurultaylarından birində təşkilatın sədri Fail Alchinov belə bir çağırış edib:

“Bu qurultayda Başqırdıstanın Rusiyadan müstəqilliyi elan edilməlidir”.

Vəkillər bunun uydurma olduğunda və deyilənlərin ruscaya düzgün tərcümə edilmədiyində israr edirlər.

 

Hərəkatın üzvləri bildirirlər ki, Başkort təşkilatına təzyiqlər onun üzvləri Kuştau dağının mühafizə edilməsini tələb edən aksiya keçirdikdən sonra başlanıb.

Başqırdıstanın rəhbərliyi təbiət abidəsi olan bu dağı əhəng çıxarılması üçün “Başqırd Soda” şirkətinə verib.

Son illərdə prokurorluq Başkort təşkilatını bir neçə dəfə tənqid edib.

Hərəkat 2017-ci ilin sentyabrında Başqırd dilinin müdafiəsi üçün aksiya keçirmişdi.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button