2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

“Bastainfo.com” saytının 1 yaşı tamam oldu

Avqustun 31-də Basta xəbər portalının 1 yaşı tamam olur. Saytın rəhbəri Mustafa  Hacıbəyli facebook sosial şəbəkəsində arxada qoyduqları 1 il barədə yazıb. 24saat.org saytı olaraq həmin hesabatı təqdim edir və bastainfo.com ailəsini təbrik edirik! 

“Basta” artıq KİV orqanı olaraq qeydiyyata alınıb. Ədliyyə Nazirliyində qeydə alınma prosedurları və süründürməçilikləri çərçivəsində məndən 4 dəfə soruşdular: Basta nə deməkdir?

Basta – Bəsdi, Yetər, Saxla, Toxta, Dur – deməkdir. İtalyan mənşəli sözdür. Latınca bastāre olaraq tələffüz edilib. İspaniyada daha çox işlədilir, internasional söz statusuna malikdir. Bu adı Azərbaycanın media məkanına vicdan məhbusu, Müsavat başqanının müavini Fərəc Kərimli feysbukda eyni adlı 100 minlik qrup yaratmaqla gətirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bastainfo.com saytı Azərbaycanda rejimin nəzarətində olmayan beş KİV orqanından biridir. Ölkədə yüzlərlə sayt, xəbər portalı, KİV orqanı var. Amma sülalə rejiminin cinayətləri haqda, “Panama sənədləri” haqda, represiya qurbanları və onların müqaviməti haqda, həbsxanalardakı işgəncələr haqda və bu kimi digər mövzular haqda yalnız beş KİV orqanı yaza bilir – biri bizik.

“Basta” – siyasi sensurasız saytdır, irtica ilə mübarizə aparan hər bir təşkilat və hər bir vətəndaş üçün bir tribunadır.

Qısa müddətdə oxucularımın ümumi sayı 2 milyona yaxınlaşıb. Son 8 ayda 1,5 milyondan artıq internet istifadəçisi saytımıza daxil olub. Gündəlik İP rekordumuz 33 mindir.

Vicdanın qədrini bilən bir insan varsa, vicdanlı olmağa dəyər. Görün ki, sayı 2 milyona yaxınlaşan qədirbilən oxucumuz var. Qüsurlarımızı və səhvlərimizi fəkarlığa görə bağışlaya bilən oxucularımız…

Nə hakimiyyətdən, nə oliqarxlardan, nə xarici donorlardan, nə də bağlı olduğumuz Müsavatdan maliyyə alırıq. Qüsurlarımızı maddi çətinliklərin ayağına yazmağınızı, bizə bir az da vaxt verməyinizi rica edirik, əziz oxucu…

Dəfələrlə haker hücumuna məruz qaldıq. Virus hücumları ilə isə gündəlik mübarizədəyik. Polisə, prokurorluğa çağırıldıq. Milli Məclis səviyyəsində barəmizdə “ciddi ölçü götürülməsi” haqda qərar çıxarıldı. Amma dik dayandıq. Dik dayananacayıq!

“Basta”nın formalaşmasında iştirak etdiyimiz üçün qürur duyuruq. Çünki azad sözə, dirənişə ehtiyac duyan milyonlarla vətəndaşımız – daxilən azad insanlarımız var. Hədəfimiz azad cəmiyyətə – daxilən azad insanlara xidmətdi. Bu istiqamətdə hələ çox işlər görəcəyik.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button