2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Batumidə həbs olunan Azərbaycan vətəndaşına hökm oxunub

Yayımlandı: 5 İyul 2022 15:48

4 il cəza alan Budaqov 9 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilib

Gürcüstanın Batumi şəhərinin Tamar Bejanişvili “26 May” küçəsində ötən ilin oktyabrında bina uçqunu ilə bağlı həbs olunan Azərbaycan vətəndaşı Zaur Budaqov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Eyni işdə təqsirləndirilən Giorgi və Hüseyn Surmanidze (ata və oğuldurlar) isə 3 il müddətinə həbs cəzası alıb.

Hadisə 2021-ci il oktyabrın 8-də baş verib.

Batuminin “26 May” küçəsində yaşayış binasının girişi uçub, nəticədə 3-ü uşaq olmaqla 9 nəfər həlak olub.

Bu işdə Prokurorluq uçan binanın birinci mərtəbəsinin sahibi Zaur Budaqovu, o cümlədən birinci mərtəbədə tikinti işləri aparan Hüseyn və Giorgi Surmanidzeni həbs edib.

Prokurorluq tərəfindən Zaur Budaqov Cinayət Məcəlləsinin 240-cı maddəsi ilə (tikinti işləri zamanı təhlükəsizlik qaydalarını pozma, insan ölümü və ağır nəticələrə səbəb olduqda) təqsirli bilinib.

Surmanidze isə əmlaka ziyan vurma və başqasının ölümünə səbəb olma ittihamları ilə təqsirli bilinib.

“Bu, biabırçı qərardır, anomallıqdır, təhlükəli tendensiya məhkəmə tərəfindən müəyyən edilir… Belə çıxır ki, mənzildə nəyisə, məsələn, soyuducunu sındırıb usta gətirən və iş zamanı usta və ya başqası xəsarət alan hər hansı şəxsdən ev sahibinin cavab verməsi istəniləcək”, – vəkil Ramin Papidze bu düşüncədədir.

O, məhkəmədə Zaur Budaqovun maraqlarını müdafiə edir və Batumi Şəhər Məhkəməsinin qərarından mütləq apelyasiya şikayəti verəcəyini deyib.

İstintaqın versiyasına görə, Batumi şəhəri, “26 May” küçəsində yerləşən yaşayış binasının birinci mərtəbəsindəki mənzillərdən birinin sahibi Zaur Budaqov mənzildə təmir işləri üçün Hüseyn və Giorgi Surmanidzeləri işə götürüb.

“İşlərə divarların sökülməsi də daxildir. 2021-ci il oktyabrın 8-də mənzil sahibinin göstərişi ilə təhlükəsizlik qaydalarını kobud şəkildə pozmaqla mənzildə tikinti-təmir işləri aparılıb və nəticədə yaşayış binasının girişlərindən birinin uçması ilə nəticələnib. Təqsirləndirilən şəxslər aparıcı divarları dağıdıb, bununla da yaşayış binasının möhkəmliyini və dayanıqlığını pozublar. Nəticədə yeddimərtəbəli bina uçub və 9 nəfər ölüb”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button