2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Batumidə bir gündə iki hadisə: dənizdə partlayış, bazarda yanğın

Yayımlandı: 14 Fevral 2023 11:49

Gürcüstan DİN hadisənin araşdırıldığını deyir

Gürcüstanın Batumi şəhərində dənizin bulvara yaxın hissəsində fevralın 13-də partlayış baş verib.

Saytların yığılması Saytlarin yigilmasi

Partlayış səsi şəhərin dənizə yaxın ərazilərində eşidilib.

Hələlik heç bir rəsmi qurum dənizdə nəyin partladığını açıqlamayıb.

Daxili İşlər Nazirliyi bildirib ki, partlayış baş verən əraziyə minatəmizləyicilər gəlib və bütün lazımi tədbirlər görülür.

“Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizliyi İdarəetmə Mərkəzi 112-yə Batumi şəhərində dənizdə baş vermiş partlayışla bağlı məlumat daxil olub. Xəbərdarlıq daxil olan kimi Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları, o cümlədən yanğınsöndürənlər, patrul polisi və kriminal polis bölməsinin əməkdaşları hadisə yerinə gedib. Həmçinin mədənçilər də əraziyə çağırılıb. Bütün lazımi tədbirlər görülüb”, – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Nazirliyin məlumatına görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin partlayışla bağlı 229-cu maddəsinin 1-ci hissəsi ilə istintaq başlayıb.

Belə bir fikir var ki, dənizdə partlayan su minası olub və onun Ukrayna tərəfindən gəldiyi düşünülür.

Rusiya Ukrayna müharibəsi başlayandan bu, Gürcüstan ərazisində aşkarlanan ilk mina hadisəsidir.

Batumidə fevralın 13-ü gecə saatlarında bazar da yanıb. Bu, daha çox avtomobil ehtiyat hissələrinin satıldığı bazar olub.

“Batumielebi” saytı şahidlərə istinadən yazır ki, Rurua küçəsində yerləşən ticarət mərkəzində baş verən yanğın zamanı güclü partlayış səsləri eşidilib.

Bu ərazidə yaşayan sakinlərin dediyinə görə, yanğın akkumulyator, avtomobil yağı və təkərlərin satıldığı yerdə baş verib.

Fövqəladə Hallar İdarəsindən verilən məlumata görə, yanğın avtomobil sexində baş verib, lakin hazırda lokallaşdırılıb.

Hadisə yerində polis və yanğınsöndürənlər işləyir.

Xəsarət alanlar barədə məlumat yoxdur.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button