Now Reading:
BAXCP sədri od püskürdü:”Əli Kərimli kimi bəduğur, savadsız…”

Qüdrət Həsənquliyev: “Mitinqə icazə verilməsi qanunvericiliyə ziddir”

Bütöv Azərbaycan Xalq Cəbhədi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev parlamentin iclasında müxalifətin ünvanına sərt ifadələr işlədib.

24saat.org-un xəbərinə görə o bildirib ki, Milli Şuranın martın 10-da keçirməyi planlaşdırdığı mitinqə icazə verilməsi seçki qanunvericiliyiə ziddir. Partiya sədri fikrini belə əsaslandrıb ki, prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasının başlamadığı üçün seçkilərin əleyhinə olan qüvvələrə mitinq keçirməyə icazə verilə bilməz: “Ölkədə prezident seçkiləri elan olunub. Seçki Məcəlləsinə görə, seçkilərin əleyhinə təbliğat və ya əks təbliğat aparmağa seçkilərə 20 gün qalmış icazə verilir. Milli Şura isə martın 10-da mitinq keçirmək istəyir. Mətbuatda yayılan informasiyalara görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bu aksiya sanksiyalaşdırılıb. Bəs Bakı Şəhər İcra Hakimiyyəti Milli Şura adlanan quruma niyə belə hüquq tanıyır?” – deyən deputat Milli Məclisin bununla bağlı BŞİH-dən izahat tələb etməli olduğunu deyib.

O vurğulayıb ki, müxalifətin mitinq keçirməsindən qətiyyən narahtlığı yoxdur, sadəcə olaraq qanunlara hörmət tələb edir:
“Kimsə düşünürsə ki, Əli Kərimli kimi bəduğur, savadsız, ağılsız qərarları və davranışları ilə tərəfdarlarına yalnız mərhumiyyətlər yaşatmış, xalq hərəkatını və demokratiyanı gözdən salmış, iki gün öncə Milli Şura adından bəyanat verərək əxlaqsız söyüş söyənləri tənqidçi adlandıran, özü də həmin əxlaqın daşıyıcısı olan bu ünsürün çağırışına savadlı və yetkin insanlar ciddi yanaşacaq, böyük səhvə yol verir. Mən ölkədə sərbəst toplaşmaq azadlığının təmin olunmasını alqışlayıram. Amma martın 19-dan sonra təbliğat kampaniyasına imkan verilir və ondan sonra istəsələr hər gün seçkinin əleyhinə kampaniya aparsınlar”.

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.