2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Baxmut döyüşləri ‘qızışır’

Baxmut uğrunda döyüşlər qızışır, şəhərin ukraynalı müdafiəçiləri Rusiyanın hücum dalğası ilə üzləşirlər. Bunu Prezident Volodimir Zelenski deyir. Martın 1-də şərqi Donetsk vilayətində yerləşən bu şəhərə hücumların yenidən gücləndiyi xəbərləri gəlir.

Saytların yığılması Saytlarin yigilmasi

Moskvanın qüvvələri Donetskdəki Lımansk, Avdiyevka və Şaxtar şəhərləri üzərinə də hücumlar edirlər. Onlar Baxmutla birlikdə Rusiyanın son həftələr gerçəkləşdirdiyi hücumlarının əsas hədəfləridir.

Ukrayna qüvvələri bir gün ərzində qarşı tərəfin azı 85 hücumunu dəf ediblər. Daha öncəki 24 saat ərzində isə 60 hücum qeydə alınmışdı. Ordu İran istehsalı iki dronun vurulduğunu, 12 hava və 2 raket zərbəsində bir neçə dinc sakinin yaralandığını bildirir.

Rusiya Baxmutun mühasirəyə alınmasında çoxsaylı piyada əsgərlərdən istifadə etməklə Ukrayna qüvvələrinə təzyiqi artırır.

“Rusiya mövqelərimizə davamlı hücuma göndərdiyi adamların hesabını aparmır. Döyüşlərin intensivliyi artmaqdadır”, – Zelenski fevralın 28-də axşam müraciətində deyib.

Zelenskinin müşaviri fevralın 28-də CNN-ə deyib ki, Rusiyanın təzyiqinin davamlı şəkildə artmasıyla üzləşən Ukrayna qüvvələri Baxmutdan “strateji olaraq çıxa bilərlər”.

“Rusiya hazırda Baxmutu mühasirəyə almağa çalışır və Vaqner-in ən yaxşı təlim görmüş, ən təcrübəli döyüşçülərindən istifadə edirlər”, – iqtisadi müşavir Oleksandr Rodnyanski CNN-ə bildirib.

“Ordumuz bütün seçimləri götür-qoy edir. İndiyədək onlar şəhəri saxlayıblar, ancaq gərəkərsə, strateji geri çəkiləcəklər – çünki biz adamlarımızı heç nəyə görə qurban verə bilmərik”, – Rodnyanski vurğulayıb.

Zelenski Qərb müttəfiqlərini Kiyevə hərbi təyyarələr verməyə çağırmış, Ukraynanın bu halda daha effektli müdafiə qura biləcəyini demişdi.

24 saat” “
Baxmut döyüşləri ‘qızışır’
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button