2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Baxmut uğrunda döyüşlər “gecə-gündüz” davam edir

Yayımlandı: 3 Mart 2023 13:35

ABŞ Ukraynaya 400 milyon dollarlıq yeni silah yardımı hazırlayır

ABŞ Ukraynaya yeni hərbi yardım paketi nəzərdə tutur. Bunun martın 3-də Baydenin Almaniya lideri ilə keçiriləcək görüşündə də müzakirə ediləcəyi bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

“Reuters” yazır ki, bundan ilhamlanan Ukrayna qüvvələri Baxmut şəhərinin müdafiəsi üçün yeni səngərlər qazmağa başlayıb.

Rusiya qüvvələri Donetsk vilayətindəki Baxmuta aylardır ki, hücum edir. Bu yerin müharibənin ən qanlı döyüş meydanlarından olduğu deyilir.

“Baxmutda gecə-gündüz döyüşlər gedir. Vəziyyət kritikdir”, – Ukrayna Milli Qvardiyasının komandirinin müavini Vladimir Nazarenko Ukrayna “NV Radiosu”na bildirib.

O bildirib ki, Rusiya hücum yolu ilə şəhəri ələ keçirməyə çalışarkən itkilərini nəzərə almır.

Onun sözlərinə görə, Baxmutdakı Ukrayna qüvvələrinin də birinci vəzifəsi qarşı tərəfin mümkün qədər çox itki verməsinə nail olmaqdır:

“Ukrayna torpağının hər qarışı düşmənə yüzlərlə insanın həyatına başa gəlir”.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı martın 3-də bildirib ki, son 24 saat ərzində Ukrayna qüvvələri Baxmut cəbhəsinin beş əsas sektorunda 85-dən çox hücumu dəf edib.

2022-ci ilin ikinci yarısında müharibədə ərazi itirən Rusiya deyir ki, Baxmutun alınması Donbas kimi tanınan ətraf sənaye bölgəsinin qalan hissəsini ələ keçirmək üçün bir addım olacaq.

Ukrayna tərəf isə bildirir ki, şəhər məhdud strateji dəyərə malikdir, lakin Rusiya qüvvələrini tükəndirmək istəyirlər.

Yaxınlıqdakı şəhər və kəndlərdə yol kənarında bir-birindən 20-40 metr (65-130 fut) məsafədə yeni xəndəklər qazılıb. Bu da Ukrayna qüvvələrinin müdafiə mövqelərini gücləndirdiyinə işarədir.

Bizə mümkün qədər çox döyüş sursatı lazımdır. Düzdür, burada çoxlu rus əsgəri var. Lakin əsgərlərin sayı önəmli deyil, məncə, vacib olan texnologiyadır”, – deyə Nazarenko bildirib.

Ukrayna Baş Qərargahı səhər hesabatında bildirib ki, Rusiya Donetsk, Zaporojjya və Xerson vilayətlərinə hava və raket zərbələri ilə mülki əhalini hədəf almağa davam edir. Moskva isə hrə zamankı kimi bunu inkar edir.

Düşmən beynəlxalq humanitar hüququn normalarını pozmaqda davam edir. Yaralanan mülki sakinlər, çoxmərtəbəli yaşayış binaları və fərdi evlərə ziyan dəyib“, – məlumatda deyilir.

Zaporojya və Xerson vilayətlərində son 24 saat ərzində 45-dən çox yaşayış məntəqəsi Rusiya tərəfindən atəşə tutulub”, – Baş Qərargah bildirib.

Rəsmilərin bildirdiyinə görə, Vaşinqton Kiyev hökuməti üçün yeni 400 milyon dollarlıq hərbi yardım paketini elan edəcək.

ABŞ Prezidenti Co Bayden və Almaniya kansleri Olaf Şolzun Ağ Evdə görüşünün əsas müzakirə mövzusunun bu olacağı gözlənilir.

Artıq paketlə tanış olan ABŞ rəsmisi bildirib ki, yardım əsasən döyüş sursatı, o cümlədən HIMARS buraxılış qurğuları üçün Rəhbərli Çoxtutumlu Raket Sistemi (GMLRS), Bradley Döyüş Vasitələri üçün döyüş sursatı, eləcə də zirehli avtomobillərin buraxılış körpülərindən ibarət olacağı gözlənilir.

ABŞ ötən il fevralın 24-də qərbyönlü qonşusunu işğal edən Rusiyadan müdafiə olunmaq üçün Ukraynaya 32 milyard dollara yaxın silah yardımı edib.

2022-ci ilin fevralında Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxiləsi ilə tərəflər arasında başlayan döyüşlər minlərlə insanın həyatına son qoyub, milyonlarla insan didərgin düşüb, Ukrayna şəhərləri toz halına düşüb, qlobal iqtisadiyyat sarsılıb və beynəlxalq münasibətlərdə soyuq müharibə effekti yaranıb.

Rusiya deyir ki, onun “xüsusi hərbi əməliyyatı” Ukrayna ordusunu deqradasiyaya uğratmaq və öz təhlükəsizliyinə təhdid hesab etdiyi şeyi aradan qaldırmaq məqsədi daşıyır.

Ukrayna və onun müttəfiqləri Moskvanı əraziləri ələ keçirmək üçün səbəbsiz müharibədə ittiham edir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button