2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Baxmut və Avdiyevka bombardman olunur

Rusiya qüvvələri Ukraynanın şərqindəki Baxmut və Avdiyevka şəhərlərinə artilleriya atəşinin müşayiətilə yeni hücumlara keçib. Dekabrın 27-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı dekabrın 27-də bu haqda məlumat yayıb. Prezident Volodimir Zelenski isə deyir ki, Moskvanın elektrik və mülki infrastrukturu dağıtmasından sonra milyonlarla insan qaranlıqda və soyuqda qalıb.

Saytların yığılması Saytlarin yigilmasi

Son 24 saat ərzində Rusiya qüvvələri Ukraynanın mövqelərinə və əhali yaşayan yerlərə iki dəfə raket zərbəsi endirib və 44 raket buraxıb. Donetsk vilayətindəki Baxmut və Avdiyevka ətrafında 25 yaşayış məntəqəsi də hücum hədəfləri sırasındadır.

Donetskdən savayı Luqansk və Xarkov vilayətlərinin də davamlı bombardman olunduğu bildirilir. Cənubi Xerson vilayətində isə rusiyalılar Dnepr çayının sağ sahilində əhali sıx yaşayan yerləri atəşə tuturlar.

Ordunun məlumatına görə, Ukrayna qüvvələri Zaporojye vilayətində Novobilozerka yaxınlığında Rusiya mövqelərinə hücum edib.

Britaniyanın Müdafiə Nazirliyi də gündəlik kəşfiyyat bülletenində qeyd edir ki, son iki gündə Donetsk və Luqansk Rusiyanın güclü hücumlarına məruz qalsa da, böyük irəliləyiş əldə olunmayıb. Nazirlik son 48 saat ərzində döyüşlərin Donetskdə Baxmut və Luqanskda Svatove yaxınlığında getdiyini bildirir.

Zelenski ötən gecə ukraynalılara ənənəvi müraciətində ölkədə elektrik problemlərinin qaldığını, 9 milyonadək insanın işıqsız olduğunu vurğulayıb

Ancaq onu da qeyd edib ki, ukraynalı mühəndis və texniklərin səyləri nəticəsində elektrik kəsintilərinin sayı və müddəti azalmaqdadır.

“Əlbəttə, çatışmazlıqlar qalır. Kəsintilər davam edir. Bu axşam Ukraynanın müxtəlif vilayətlərində 9 milyonadək insan elektriksiz qalıb. Ancaq kəsintilərin sayı və müddəti tədricən azalır. Bu nəticəni təmin edən hər kəsə təşəkkür edirəm”, – dövlət başçısı vurğulayıb.

Zelenski Baxmut və Avdiyevkanın maksimum güc və konsentrasiya tələb edən ərazilər olduğunu söyləyib.

“Orada vəziyyət çətin, ağrılıdır. İşğalçılar mümkün bütün resursları xərcləyərək – onların ciddi resursları var – azından müəyyən irəliləyiş əldə etməyə çalışırlar”, – Zelenski vurğulayıb.

Ukraynanın infrastrukturuna sonuncu dron hücumları dekabrın 19-na keçən gecə baş verib. O zaman Rusiya əsgərləri İran istehsalı “Şahed” kamikadze dronlarıyla hücum gerçəkləşdirilib. Zərbələr əsasən Kiyevi və ətraf vilayəti hədəfə alıb.

Dekabrın 26-da isə Rusiyanın Müdafiə Nazirliyi Saratovda Engels aerodromu üzərində Ukrayna dronunun vurulduğunu, dronun baza üzərinə düşməsi nəticəsində üç hərbi personalın həlak olduğunu açıqlayıb.

Bu, Rusiyanın havadan müdafiə sistemində boşluqları üzə çıxaran son hücum idi.

24 saat” “
Baxmut və Avdiyevka bombardman olunur
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button