2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Bayden 1.7 trilyon dollarlıq büdcə layihəsini imzalayıb

ABŞ Prezidenti Co Bayden (Joe Biden) dekabrın 29-da gələn il üçün 1.7 trilyon dollarlıq büdcə layihəsini imzalayıb. Bu qanun hökumətin 2023-cü ilin sentyabrınadək fəaliyyətini davam etdirməyə imkan verəcək, həmçinin Rusiya işğalına qarşı vuruşan Ukraynaya onmilyardla dollarlıq yardım ayrılacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Hökumətin qismən qapadılmasını önləmək üçün Bayden bu qanunu dekabrın 30-da gecəyarıyadək imzalamalı idi.

Prezident deyib ki, layihənin Konqresin hər iki palatasında təsdiqi respublikaçı və demokratların birgə işləyə bildiyini göstərir.

Layihədə müdafiə proqramlarına xərclər 10 faizədək artırılaraq 858 milyard dollara çatdırılır.

Konqresmenlər Ukrayna və NATO müttəfiqləri üçün təxminən 45 milyard dollarlıq, yəni Baydenin istədiyindən daha artıq yardım nəzərdə tutublar. Bu isə Ukraynaya gələcəkdə yardım ayrılmasına zəmanət verilməməsinin əlaməti sayılır. Gələn həftə Nümayəndələr Palatasına nəzarəti ələ alacaq respublikaçıların bəziləri bu yardıma qarşı çıxırlar.

Elə palatadakı respublikaçıların bir qismi Ukrayna üçün nəzərdə tutulan yardımı mübahisələndirib, bu pulun Birləşmiş Ştatlarda prioritetləri xərclənməsinin daha yaxşı olacağını deyib.

24 saat” “
Bayden 1.7 trilyon dollarlıq büdcə layihəsini imzalayıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button