2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Bayden: ABŞ Suriyada İrana bağlı hədəfləri vurub

İranın Xarici İşlər Nazirliyi Tehranın vurulan ərazilərlə hər hansı əlaqəsi olmadığını deyib

Saytların yığılması Saytlarin yigilmasi

Bu həftə ABŞ-ın Suriyaya endirdiyi raket zərbələri İrana bağlı hədəfləri vurub, Amerika personalını qorumaq üçün gerçəkləşdirilib. ABŞ Prezidenti Co Bayden avqustun 25-də ABŞ Nümayəndələr Palatasına məktubunda bu haqda yazıb.

Üç gün öncə isə Suriyada ABŞ hərbi qüvvələri və müttəfiqləri toqquşmalarda iştirak edib.

Palatanın spikeri Nensi Pelosiyə məktubunda Bayden yazır ki, “ölkədə və xaricdə ABŞ vətəndaşlarını, Birləşmiş Ştatların milli təhlükəsizliyi və xarici siyasət maraqlarını qorumaq məsuliyyətimə uyğun olaraq” bu zərbələrə göstəriş verib.

Yerli hərbi rəsmilər avqustun 25-fə ABŞ-ın Mayadin şəhərində, Suriya hökumətinin nəzarətində olan Deyr əl-Zor vilayətinin bəzi hissələrində hədəfləri vurduğunu bildirib.

Yayılan xəbərlərə görə, ABŞ vertolyotunun hədəfə aldığı İrana bağlı silahlı dəstənin azı üç üzvü öldürülüb.

Hücum Fərat çayının qərb sahilində yerləşən şəhərdə baş verib.

Bu şəhərdə İran silahlılarının sayı çoxdur, Fərat çayının şərq sahlilindəki əl-Omar neft yatağını hədəfə alırlar. ABŞ koalisiyasının həmin ərazidə böyük bazası yerləşir.

ABŞ ordusu son 24 saat ərzində dörd silahlının öldürüldüyünü, yeddi raket buraxıcının dağıdıldığını açıqlayıb.

Pentaqon avqustun 24-də ABŞ-ın üç hərbisinin yüngül xəsarət aldığını bildirib.

Deyr əl-Zor İraqla sərhəddə yerləşən, neftlə zəngin strateji vilayətdir, İranın dəstəklədiyi silahlılar və Suriya qüvvələrinin nəzarətindədir. Keçmişdə İsrail hərbi təyyarələri bu qrupları hədəfə alıb.

Avqustun 24-də İranın Xarici İşlər Nazirliyi Tehranın vurulan ərazilərlə hər hansı əlaqəsi olmadığını deyib.

“ABŞ-ın Suriya infrastrukturu və xalqına hücumu Suriyanın suverenliyi və ərazi bütövlüyünün pozulmasıdır. Hədəfə alınan ərazilərin İslam Respublikasına heç bir bağlılığı yoxdur”, – sözçü Nasir Kənani nazirliyin Telegram kanalında yazıb.

24 saat” “
Bayden: ABŞ Suriyada İrana bağlı hədəfləri vurub
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button