2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bayden Avropa ilə müttəfiqliyi ‘yenidən canlandıracağını’ deyir

Ağ Evin martın 5-də verdiyi məlumata görə prezident Co Bayden ABŞ-Avropa İttifaqı partnyorluğunu “sağaldacağını və yenidən canlandıracağını” deyib.

Bundan əvvəl Vaşinqton və Brüssel Boeing və Airbus şirkətləri arasında ticari mübahisəyə görə qoyulmuş rüsumların ləğv edilməsi barədə razılığa gəliblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bayden transatlantik partnyorluğunu gücləndirəcəyinə dair vədi martin 5-də Avropa Komissiyasının prezidenti Ursula von der Leyenlə telefon söhbətində verib.

Ağ Ev xəbər verir ki, tərəflər Dünya Ticarət Təşkilatında uzun müddətdir ki, davam edən mübahisələrə son qoyulması istiqamətində işləyəcəklərini bildiriblər.

Ağ Evin bəyanatında deyilir ki, Bayden və Von der Leyen Çin, Rusiya, Belarus, Ukrayna və Qərbi Balkanlar siyasəti də daxil “ortaq maraq kəsb edən məsələlərdə” koordinasiya barədə razılığa gəliblər.

Boeing-Airbus mübahisənin çözülməsi – yeni başlanğıc

Bu telefon söhbətindən sonra Von der Leyen deyib ki, Boeing-Airbus mübahisənin çözülməsi ikitərəfli münasibətlərin “yeni başlanğıcı” olacaq.

O izah edib ki, mübahisənin kökündə təyyarə və qeyri-təyyarə məhsulları üzərinə hər iki tərəfdən qoyulmuş rüsumlar durur və onların ləğvi münasibətlərin normallaşmasına xidmət edəcək:

“Yeni başlanğıcın rəmzi olaraq prezident Bayden və mən Airbus-Boeing mübahisəsinin kontekstində, dörd aydan ibarət ilkin müddət üçün təyyarə və qeyri-təyyarə məhsulları üzərindəki rüsumların ləğvinə razılaşmışıq”.

AzadlıqRadiosu yazır ki, Avropa Komissiyasının bu bəyanatı əslində Brüssel və Vaşinqton arasında 2000-ci illərin əvvəllərindən başlanan mübahisəni əhatə edir.

ABŞ və Avropa İttifaqı bir-birlərini dünyanın iki ən böyük təyyarə istehsalçısına ədalətsiz olaraq verilən dövlət dəstəyində ittiham edirlər.

24 saat” “Bayden Avropa ilə müttəfiqliyi ‘yenidən canlandıracağını’ deyir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button