Loading...
Loading...
SEÇMƏ

Bayden Ayman əz-Zəvahirinin öldürüldüyünü təsdiqləyib

Yayımlandı: 2 Avqust 2022 11:51

ABŞ Əfqanıstanın terrorçuların sığınacağına çevrilməsinə imkan verməyəcək”

ABŞ Prezidenti Co Bayden “Əl-Qaidə” terror təşkilatının lideri Ayman əz-Zəvahirinin Əfqanıstanda öldürüldüyünü təsdiqləyib.

Bayden bildirib ki, iyulun 31-də onun razılığı ilə Kabildə ailəsi ilə birlikdə gizlənən əz-Zəvahiriyə qarşı pilotsuz uçuş aparatı ilə əməliyyat keçirilib: “Bu terrorçu lider artıq yoxdur”.

ABŞ Prezidentinin sözlərinə görə, ABŞ Əfqanıstanın bir daha terrorçuların sığınacağına çevrilməsinə heç vaxt imkan verməyəcək:

“Harada gizlənsəniz də, xalqımız üçün təhlükə yaratsanız, ABŞ sizi tapacaq”, – deyə Bayden bildirib.

Ağ Ev rəhbəri əməliyyatı “uğurlu” adlandırıb və Amerika kəşfiyyatına “əzm və bacarıq” üçün təşəkkür edib.

1951-ci ildə Misirdə ziyalı ailəsində doğulan Ayman əz-Zəvahiri Tibb Universitetini bitirib.

Ayman əz-Zəvahiri. Mənbə: “euronews”

Onun babası Pakistanda səfir olub.

Ayman əz-Zəvahiri 1981-ci ildə Misir Prezidenti Ənvər Sədata sui-qəsdə görə ittiham olunaraq 3 il azadlıqdan məhrum edilib.

Onun ötən əsrin 90-cı illərində Dağıstanda və Çeçenistanda olduğu bildirilirdi.

2001-ci ildə İnterpol Ayman əz-Zəvahiri haqqında axtarış elan edib.

O, Bin Ladendən sonra 11 il əl-Qaidəyə rəhbərlik edib.

Meydan TV

Gözdən qaçırmayın:  Baş Prokurorluq bələdiyyə sədrinin saxlanıldığını deyir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button