2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bayden Azərbaycanla əməkdaşlığın prioritetlərini açıqlayıb

Bakı/19.03.22  Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir: “ Hörmətli cənab Prezident, Sizə və Azərbaycan xalqına sevincli və firavan Novruz bayramı arzulayıram. Bu yenilənmə zamanı əməkdaşlığımızı və sülhə sadiqliyimizi yenidən təsdiqləmək üçün bir imkandır.

Bu il Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyidir. Bu ildönümünü qeyd etdiyimiz bir zamanda Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir. Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik.

Saytların yığılması Saytlarin yigilmasi

Birləşmiş Ştatlar hökuməti adından Sizə və Azərbaycan xalqına ən xoş arzularımı yetirirəm”.-0-

 

 

24 saat” “Bayden Azərbaycanla əməkdaşlığın prioritetlərini açıqlayıb” başlıqlı yazını “Turan”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button