2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bayden böyük sanksiya paketini açıqladı: “Rusiya nəticələri görəcək”

ABŞ Rusiyaya qarşı yeni sərt sanksiyalar, eləcə də ölkəyə ixraca məhdudiyyətlər tətbiq edir.

Sanksiyalar barədə ABŞ Prezidenti Cozef Bayden Böyük Yeddilik ölkələrinin görüşündən sonra açıqlama verib.

Amerika lideri bildirib ki, ABŞ və müttəfiqləri Rusiyanın sabit valyutada əməliyyat imkanlarını məhdudlaşdıracaq.

Saytların yığılması Saytlarin yigilmasi

“Putin müharibəni seçdi və onun nəticələrini görəcək. Mən güclü sanksiyalar və yeni məhdudiyyətlər tətbiq etdim. Bu sanksiyaları xüsusi olaraq tərtib etmişik ki, onların uzunmüddətli təsirləri olsun. G7 liderləri ilə danışdım və hamımız razılaşdıq. Biz Rusiyanın dollar, funt sterlinq və ien ilə ticarət etməsinə mane olacağıq”, – Bayden deyib.

Baydenin sözlərinə görə, Rusiya fond bazarı dəyərinin 50 faizini itirib: “İndi biz Rusiya Mərkəzi Bankını və 1 trilyon dollarlıq aktivləri bloklayırıq. Biz onun ən böyük banklarının, o cümlədən ikinci iri bankı sayılan VTB-nin mövcudluğunu dondururuq. Daha 4 bankı blokladıq və onların ABŞ-dakı bütün aktivləri dondurulacaq”.

Prezident qeyd edib ki, ABŞ və müttəfiqlərinin sanksiyaları Rusiyanın yüksək texnologiya sektoruna, eləcə də kosmik proqramına zərbə vuracaq: “Təxminlərimizə görə, biz Rusiyaya yüksək texnologiyalı idxalın yarıdan çoxunu kəsəcəyik. Bu, onların təyyarələri modernləşdirməyi davam etdirmək qabiliyyətinə zərbə vuracaq. Bu, onların iqtisadi sahədə rəqabət qabiliyyətini azaldacaq. ABŞ hökuməti, lazım gələrsə, yanacağın qiymətini aşağı salmaq üçün nefti ehtiyatlardan çıxarmağa hazırdır”.

Bayden ABŞ enerji şirkətlərini beynəlxalq gərginlik qarşısında qiymət artımına qarşı xəbərdar edib.

ABŞ Prezidenti Cozef Bayden Rusiya lideri Vladimir Putinə qarşı sanskiyalar tətbiq etməyə də hazır olduğunu bildirib.

24 saat” “Bayden böyük sanksiya paketini açıqladı: “Rusiya nəticələri görəcək”” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button