2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Bayden çinli həmkarıyla insan haqlarından danışıb


 

ABŞ Prezidenti Co Bayden ötən ay vəzifə başına keçəndən ilk dəfə çinli həmkarı Si Cinpinə zəng edib.

“Prezident Bayden Pekinin məcburi və ədalətsiz iqtisadi davranışından, Honq Konqda etirazçılara divan tutulmasından, Sintzyanda insan haqları pozuntularından əsaslı narahatlığını bildirdi”, – Ağ ev fevralın 10-da bəyanatında bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Hazırda iki ölkənin münasibətlərində iqtisadi, siyasi və insan haqları məsələlərindən dolayı gərginlik var. Keçmiş prezident Donald Tramp koronavirus pandemiyasına görə Çini ittiham edirdi və ötən ilin martından Si ilə danışmayıb.

Çinin dövlət televiziyasının məlumatına görə, Si Baydenə deyib ki, iki ölkə arasında ziddiyyətlər var, amma onları yoluna qoymaq olar. Si Birləşmiş Ştatları Tayvan, Honq Konq və Sintzyan daxil, Çinin suverenliyi və ərazi bütövlüyünə müdaxilə etməməyə çağırıb.

Tramp administrasiyası son günlərində Çin rəsmiləri və şirkətlərinə sanksiyalar açıqlayıb, Çin Kommunist Partiyasının Sintzyanda əsasən müsəlman uyğurlara və digər etnik azlıqlara qarşı cinayət törətdiyini bəyan edib. Honq Konqda demokratiya tələb edən etirazçılara divan tutulması da gərginliyi qızışdırıb.

Ağ evin məlumatına görə, Bayden və Si pandemiyanı “qlobal səhiyyə təhlükəsizliyi, iqlim dəyişikliyi, silahlarının yayılmasını önləməyin yaratdığı problemləri” də müzakirə ediblər.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button