Siyasət

Bayden deyir ki, kiberhücumlar ‘toplu-tüfəngli’ müharibəyə çevrilə bilər

Prezident Co Bayden deyib ki, Birləşmiş Ştatların üzərinə hər hansı böyük kiberhücum “əsl toplu-tüfəngli müharibəyə” çevrilə bilər.

ABŞ prezidenti iyulun 27-də bu bəyanatı verərkən Rusiya və Çini Birləşmiş Ştatların milli təhlükəsizliyinə hədə adlandırıb:

“Məncə bu tamamilə mümkündür ki, hər şey müharibə ilə nəticələnsin – böyük bir dünya gücü ilə real atışmalı müharibə ilə. Bu kibertəhlükəsizliyin böyük nəticələri olan pozulmasının yekunu olardı. Deməliyəm ki, bu təhlükə həndəsi silsilə ilə artır”.

Bayden ABŞ hökumət agentliklərinin və özəl sənayeninin üzərinə kiberhücumların artdığını bir daha vurğulayıb.

ABŞ rəsmiləri bu hücumları əsasən Rusiya və Çinə bağlayırlar.

AzadlıqRadiosu yazır ki, prezidentliyinin ilk altı ayında ABŞ üzərinə reket müdaxilələri də daxil silsilə hücumlar – kibertəhlükəsizliyi Bayden administrasiyasının gündəliyində priroritetə çevirib.

Putinlə danışmışdılar

Bayden bundan əvvəl bildirmişdi ki, ötən iyun ayında Rusiya prezidenti Vladimir Putinlə Cenevrədə keçirilən görüşündə kiberhücumlardan kənarda qalmalı olan 16 həyati əhəmiyyətli infrastrukturları müzakirə edib.

Burada söhbət əsas etibarilə enerji və içməli su sektorlarından gedirdi.

Bayden prezidentliyə başlayarkən dərhal SolarWinds şəbəkəsinə kiberhücumun nəticələri ilə məşğul olmalı olub.

ABŞ nazirliklərinin və bizneslərinin işini pzoan bu hücumun arxasında Rusiya hökumətinə bağlı hakerlərin olduğu düşünülür.

ABŞ kəşfiyyatı ölkənin əsas yanacaq kəməri olan Colonial Pipeline və ət emalı nəhəngi JBS şirkətlərinin üzərinə haker hücumlarında da Rusiya hakerlərindən şübhələnir.

Birləşmiş Ştatlar və onun Qərb müttəfiqləri bu ayın əvvəllərində Çini Microsoft şirkətinin proqramına hücum da daxil geniş haker kampaniyası aparmaqda ittiham etmişdilər.

 

24 saat” “Bayden deyir ki, kiberhücumlar ‘toplu-tüfəngli’ müharibəyə çevrilə bilər” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button